18 beynəlxalq təşkilat Rəsmi Bakıya repressiyalara son qoymaq çağırışı etdi

“Azərbaycanla bağlı qərar qəbul edildiyi gün 22 yaşlı fəal Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib”

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Koalisiyası Azərbaycan hökumətini real islahatlara başlamağa və vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağa çağırıb.

18 təşkilatın birgə bəyanatında deyilir ki, Koalisiya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün İdarə Heyətinin Azərbaycanın statusunu yüksəltməmək qərarını alqışlayır.

Bəyanatı Turan İA yayıb. 

“Amma biz narahatıq ki, MSŞT vətəndaş cəmiyyətinin boğulmasının və hökuməti tənqid edən hər kəsin təqibinin ciddiyyətini qəbul etmir. MSŞT Azərbaycandan dörd ay ərzində qanunvericilikdə vətəndaş cəmiyyətinin fəaliyyətini iflic edən məhdudiyyətləri ki ləğv etməyi tələb edib”, deyə bəyanatda bildirilir.

Bəyanatda daha sonra Azərbaycan MSŞT-nin 25-26 oktyabr iclası ərəfəsində MSŞT İdarə Heyətini “sakitləşdirmək” məqsədilə bir sıra müsbət addımlar sayəsində MSŞT-dən çıxarılmaqdan çətinliklə qurtulması xatırlanır: “Amma bu addımları real irəliləyiş əlaməti kimi baxmaq olmaz. Bir çox QHT-lər və onların liderləri cinayət təhlükəsi ilə üz-üzə qalmaqdadır, bəzi fəallar isə saxta ittihamlarla həbsdədir. Belə ki, Azərbaycanla bağlı qərar qəbul edildiyi gün Bakı Məhkəməsi 22 yaşlı fəal Qiyas İbrahimovu siyasi qrafittiyə görə saxta narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Prezidentin bu yaxınlarda guya xarici donorlardan qrant alınmasının asanlaşdırılmasına yönəlmiş fərmanı isə ekspertlər tərəfindən qeyri-ciddi və kosmetik sənəd kimi qiymətləndirilib.”

“Azərbaycan beynəlxalq təşkilatların vətəndaş cəmiyyətini tənzimləyən qanunvericiliyin dəyişdirilməsi və insan hüquqları sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti haqqında çoxsaylı tövsiyələrinə məhəl qoymur”,- deyə bəyanatda qeyd edilir.

Turan İA yazır ki, 2015-ci ilin aprelində MSŞT Azərbaycanın statusunu namizəd səviyyəsinə endirib. 18 ay ərzində Bakı vəziyyətin yaxşılaşdırılması və vətəndaş cəmiyyəti üçün əlverişli şərait yaradılması üçün heç nə etməyib. MSŞT-də status Azərbaycan üçün həddindən artıq əhəmiyyətlidir, bu, xarici investisiyalara çıxış əldə etmək imkanı verir.

Müraciəti Article 19, Bankwatch Network, Crude Accountability, Freedom Now, Helsinki İnsan Hüquqları Fondu, İnsan Hüquqları Evləri Fondu, Senzura İndeksi, Helsinki Niderland Komitəsi, Norveç Helsinki Komitəsi, PEN-Amerika, Beynəlxalq PEN-klub, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı və s. imzalayıblar.

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: