Amerikada İrana hərbi avadanlıq qaçaqmalçılığı ilə məşğul olan 2 erməni tutulub

Oktyabrın 28-də Amerikanın federal prokurorluğu, İrana gizli yollarla hərbi avadanlıq qaçaqmalçılığı ilə məşğul olan, miliyyətcə erməni olan 2 nəfərin tutulması barədə məlumat yayıb. Bildirilir ki, hərbi təyyarələrin ehtiyat hissələrindən ibarət olan həmin avadanlıqların ümumi dəyəri 3 milyon dollardır.

ABŞ Ədliyyə Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatında bildirilir ki, Kaliforniya əyalətinin sakini olan və Los-Anceles yaxınlığında yaşayan 52 yaşlı Zavik Zərgəriyan və 57 yaşlı Vaçe Nairiyan, Amerikanın İrana qarşı sanksiyalar qanununu pozduqlarına görə oktyabrın 26-da həbs ediliblər. 

Amerikalı prokurorların bildirdiyinə görə, barələrində irəli sürülən ittihamlar sübuta yetirildiyi təqdirdə, Zavik Zərgəriyan 115 il həbsə və 4 milyon 770 min dollar, Vaçe Nairiyan isə 95 il həbsə və 3 milyon 770 min dollar cəriməyə məhkum edilə bilər. Vurğulanır ki, barələrində irəli sürülən ittihamları rədd edən həmin şəxslərin məhkəməsi, iki aydan sonra keçiriləcək.

(GünAz tv)

 

 

Bastainfo.com 



This post has been seen 208 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: