Britaniya mətbuatı: “Ərdoğan ölüm cəzası qanunu təsdiq edəcəyini deyir”

“The İndependent” yazır ki, prezident Recep Tayyip Erdoğan ölkəsində ölüm cəzasının bərpası haqqında qanunun qəbul olunmasını gözləyir.

O iyul çevriliş cəhdinin arxasında duranların cəzalandırılması barədə təklifinin qəbul olunacağına inandığını deyib.

“Bizim hökumətimiz bu qanunu parlamentə verəcək, – deyib Ankarada çıxış edən prezident, – Mən əminəm ki, parlament bu qanunu qəbul edəcək və bundan sonra qanun mənim masamın üstünə gələndə mən onu imzalayacağam”.

Onun bu sözlərini Ankarada sürət qatarı stansiyasının açılışına toplaşmış kütlələr alqış sədaları ilə qarşılayıb.

Qəzet yazır ki, kütlə xorla “Biz ölüm hökmü istəyirik” – deyə qışqırıb və cənab Erdoğan cavabında “darıxmayın, inşaallah tez, lap tez olacaq” deyib.

Bundan əvvəl də prezident Erdoğan bəyan etmişdi ki, əgər xalq və parlament istəsə, o ölüm hökmünün bərpası qanununu təsdiq edəcək.

O özünün bu niyyətini iyulun 15-də uğursuz çevriliş cəhdinin ardınca keçirilən çoxmilyonlu mitinqdə bəyan etmişdi.

Türkiyədə ölüm cəzası 2004-cü ildə bu ölkə Avropa İttifaqına üzv olmaq niyyətini bildirdikdən sonra ləğv edilmişdi.

“The İndependent” yazır ki, Türkiyə çevriliş cəhdinə qəddar repressiyalarla cavab verəndən bəri Brüssellə Ankara arasındakı münasibətlər korkanıb. Avropa İttifaqı Türkiyəni çevrilişdə iştirak etməkdə şübhəli bilinənlərlə qanun çərçivəsində rəftar edilməsinə çağırıb.

“Qərb onu dedi, qərb bunu dedi. Məni bağışlayın, amma əsas Qərb deyən deyil. Əsas mənim xalqım deyəndir” – Erdoğan şənbə günü etdiyi çıxışında deyib.

Erdoğan 15 iyulda baş tutmamış çevriliş cəhdinin arxasında ABŞ-da yaşayab türk ruhanisi Fethullah Gülenin durduğunu iddia edir.

Türkiyədə Gülenin tərəfdarı olduğu düşünülən 35 min insan həbs edilib.(BBC)

 

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: