Klinton bildirib ki, amerikalılar bi mövzuda bütün həqiqətləri bilməlidir

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Federal Təhqiqatlar Bürosunun onun haqqında “elektron poçt” işi üzrə istintaqın yenidən başlanması səbəbini açıqlamasını istəyib.

Klinton bildirib ki, amerikalılar bi mövzuda bütün həqiqətləri bilməlidir.

Hillari Klinton haqqındakı “elektron poçt” işi üzrə istintaq onun dövlət katibi vəzifəsində işlədiyi dövrü əhatə edir və bir müddət əvvəl yekunlaşmışdı. Ancaq Federal Təhqiqatlar Bürosu işin istintaqını yenidən bərpa edib.

Reuters xəbəri FTB-nin direktoru Ceyms Komiyə istinadən yayıb.

İstintaq bildirir ki, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi işlədiyi dövrdə şəxsi serveri vasitəsi ilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli məlumatların yayılmasına şərait yaradıb.(amerikaninsesi.org)

 

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: