Litva Putin işğalına hazırlaşır

“The Daily Star” yazır ki, Rusiya Avropada öz qonşularının torpaqlarını qəsb etmək şakərinə malikdir.

Lakin Litva Putinin oğlanlarının hücumundan o qədər qorxuya düşüb ki, öz vətəndaşları üçün xüsusi təlimat kitabçaları buraxıb.

Məqalədə deyilir ki, ölkə hərbi mükəlləfiyyət elan edib və özünün hərbi xərclərini artırıb.

30 min nüsxə ilə buraxılmış kitabça “vətəndaşları qonşu Rusiyanın hərəkətlərinə diqqət yetirməyə” çağırır.

Bu “dərslik” əslində artıq işğal olunmuş Litvada ruslara qarşı hərəkətləri tədris edir.

Kitabçada, həmçinin Rusiya hərbi texnikasının – tank, qumbara və minaların təfərrüatlı şəkilləri dərc olunub.

Təlimatlar həmçinin litvalılara təbii şəraitdə sağ qalmağın yollarını öyrədir.

“The Daily Star” yazır ki, Litva Krım Ukraynadan ilhaq ediləndən bəri narahatdır.

Bu arada Putinin qonşu ölkələrə hücum etməyəcəyi barədə israrlı vədlərinə baxmayaraq NATO Baltik ölkələrinə minlərlə əsgər yerləşdirib.

Litvanın Müdafiə Nazirliyindən Karolis Aleksa CNN telekanalına deyib ki, bu hazırlıq Rusiyaya bir mesaj olmalıdır.

“Ruslar bilməlidirlər ki, biz hazırıq və bizim başımıza ukraynalıların başına gətirlənləri açmaq mümkün olmayacaq” – rəsmi deyib.

O bildirib ki, Litvanın ərazisinə soxulan hər bir qüvvə bilməlidir ki, ciddi müqavimətlə üzləşəcək.(BBC)

 

Bastainfo.com 

2 thoughts on “Litva Putin işğalına hazırlaşır

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: