Rabitə Nazirliyindən saat xəbərdarlığı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi standart vaxt zonasına keçidlə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda deyilir ki, Nazirlər Kabinetinin martın 17-də verdiyi ölkə ərazisində yay vaxtına keçid baş verməyib. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatlar 1 saat geri çəkilməyib. Lakin bəzi mobil qurğularda bu gecə saatlar avtomatik olaraq 1 saat geri çəkilib. Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində “Vaxtın şəbəkədən avtomatik təyin edilməsi” və “Vaxt zonasının avtomatik təyin edilməsi” imkanlarının seçilməməsi səbəb olub.

“Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür. Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa vaxtın təyin edilməsi panelindən “avtomatik vaxt zonasının seçilməsi” imkanını aktivləşdirmək lazımdır”.

Nazirlik bildirib ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib. Sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir. 

Bundan əvvəl hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi.(azadliq.org)

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: