Apellyasiya Məhkəməsi Qarabağ əlilini azad etmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin şikayətini təmin etməyərək onu həbsdə saxlayıb.

A.Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması  ittihamları ilə həbs edilib.

Bu ilin mayında Ali Məhkəmə ərizəçiyə dəyən ziyanın ödənilməsini, A.Yusiflinin Qarabağ müharibəsi iştirakçısı və azyaşlı xəstə uşaqların olmasını nəzərə alaraq onun cəza müddətini 6 ilədək azaldıb. 

Lakin 2016-cı il iyunun 1-dən ölkədə CM-ə düzəlişlər qüvvəyə minib. A.Yusiflinin təqsirli bilindiyi “külli miqdarda ziyan” “böyük miqdarda ziyan”a tövsif edilib.

Odur ki, müdafiə tərəfi Nizami Rayon Məhkəməsinə müraciət edərək A.Yusiflinin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsinin 178.2-ə tövsif olunmasını xahiş edib. Məhkəmə ittihamı tövsif etsə də cəza müddətini dəyişməz saxlayıb.

“Bu, cəzanı yüngülləşdirən Ali Məhkəmənin qərarına ziddir. A.Yusiflinin sözügedən məbləği ödəməsinə, zərərçəkənin ona qarşı iddiasının olmamasına və azyaşlı uşaqlarının olmasına baxmayaraq, Nizami məhkəməsi cəzanı yumşaltmayıb. Bu gün Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı qüvvədə saxlayıb. Biz yenidən Ali Məhkəməyə şikayət edəcəyik”, – vəkil Fəxrəddin Mehdiyev Turan-a bildirib.

O əlavə edib ki, əslində A.Yusifli cinayət əməli törətməyib, sadəcə, vətəndaş Zülfüqarovanın oğlunun Ukraynada təhsil alması üçün Təhsil Nazirliyinin keçmiş əməkdaşına pul verməsində vasitəçi olub. Şəxsən A.Yusiflinin bu sövdələşmədə heç bir tamah məqsədi olmayıb. Ancaq bununla belə, qadına dəyən zərəri ödəyib.

A.Yusifli cinayət işini siyasi motivli hesab edir. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus sayırlar.

Turan İA 

 

 

Bastainfo.com 



This post has been seen 1 times.

One thought on “Apellyasiya Məhkəməsi Qarabağ əlilini azad etmədi

  • 02.12.2016 at 16:25
    Permalink

    Pretty! This has been an incredibly wonderful article. Many thanks for providing these details.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: