Azərbaycanda saat çaşqınlığı problem yaradıb


Oktyabrın 30-da Azərbaycan qış vaxtına keçməyib. Nazirlər Kabinetinin 17 mart tarixli qərarına görə, Azərbaycan yay vaxtına keçmədiyi üçün qış vaxtına da keçilməyib. Bu barədə ölkənin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında bildirilir, “Turan” məlumat verir.

Lakin bu məlumat bazar günü gündüz yayıldığından əhali nə baş verdiyini anlamayıb. Belə ki, telefonlar, kompüterlər artıq oktyabrın 30-na kecən gecə qərb ölkələrinin qış vaxtına keçməsinə reaksiya veriblər. Yəni, saat əqrəbləri avtomatik olaraq bir saat geri çəkilib.

Odur ki, səhər Azərbaycan telekanallarının bəzisi “yeni vaxt”ı göstəriblər.

Həmin vaxt aeroporta gedənlər və ya qonaq qarşılayanlar da xoşagəlməz hallarla üzləşib. Azərbaycan qış vaxtına  keçməsə belə xarici reyslərdə uçuş qış vaxtı ilə  göstərilib.

Rabitə Nazirliyi Avropa ölkələrinin qış vaxtına keçməsilə əlaqədar telefonlarda “vaxtın avtomatik təyin edilməsi” bölümündən istifadə etməyi vətəndaşlara xatırlatmaqda gecikib.

Bastainfo.com 



This post has been seen 73 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: