“Azdrama”nın kollektivi jurnalisti məhkəməyə verdi – Fuad Poladovun gedişi ilə bağlı

Akademik Milli Dram Teatrının kollektivi jurnalist Rumiyyə Miraslanı məhkəməyə verib.

AzNews.az xəbər verir ki, buna səbəb jurnalistin sözü gedən teatr kollektivinin şərəf və layəqətini təhqir etməsidir. 

Bu barədə teatrın aktyoru, Əməkdar artist Əli Nur məlumat verib. O, bildirib ki, türk dünyasının ana və baş teatrı olan Akademik Milli Dram Teatrının kollektivini “nakişilər” adlandıran, böyük sənət xadimlərinin şərəf və ləyaqətini təhqir edən jurnalist Yasamal Rayon Məhkəməsinə verilib.

Qeyd edək ki, jurnalist oktyabrın 27-də sosial şəbəkədə Xalq artisti Fuad Poladovun gedişi ilə bağlı “Kişilərin sözü bir olur…Kişilər də bizim kisəmizdən gedir, meydan nakişilərə qalır…”-deyə bildirib.

 

Bahar RÜSTƏMLİ







This post has been seen 3 times.

2 thoughts on ““Azdrama”nın kollektivi jurnalisti məhkəməyə verdi – Fuad Poladovun gedişi ilə bağlı

  • 30.11.2016 at 20:11
    Permalink

    413649 829954Your writing is fine and gives food for thought. I hope that Ill have a lot more time to read your articles . Regards. I wish you which you regularly publish new texts and invite you to greet me 720436

    Reply
  • 02.12.2016 at 06:07
    Permalink

    Appreciating the hard work you put into your site and in depth information you provide. It’s awesome to come across a blog every once in a while that isn’t the same outdated rehashed information. Great read! I’ve saved your site and I’m adding your RSS feeds to my Google account.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: