Müsavat Qiyas İbrahimin azad olunmasını tələb edir

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Divan üzvü Razim Əmiraslanlı görülən işlərl və qərarların icrası ilə bağlı məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı partiya rəhbərliyinin Avropa səfəri haqqında Divana geniş məlumat verib. Qeyd edib ki, 22 oktyabrda Almaniyanın Franktfurt şəhərində keçirilən Avropada yaşayan müsavatçıların Koordinasiya Mərkəzinin təsis konfransında iştirak ediblər. Divan Avropa müsavatçılarının rəsmi təşkilatda birləşməsini mühüm hadisə kimi qiymətləndirib. 

Divan “NİDA” Vətəndaş Hərəkatının üzvü “heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimə 10 il həbs cəzası verilməsini kəskin şəkildə pisləyib. Q.İbrahimin qanunsuz olaraq həbs edilməsini və ona ən ağır cəzanın verilməsini hakimiyyətin fəal gənclərə qarşı apardığı repressiya siyasətinin davamı kimi qiymətləndirib. 

Divan KİV haqqında qanuna edilən dəyişiklikləri söz və mətbuat azadlığının, bütovlükdə jurnalist fəaliyyətinin məhdudlaşdırılması kimi dəyərləndirib. 

Divanda ölkə və dünyada gedən ictimai-siyasi proseslər geniş müzakirə olunub. 

Bastainfo.com 

2 thoughts on “Müsavat Qiyas İbrahimin azad olunmasını tələb edir

  • 30.11.2016 at 19:35
    Permalink

    693131 697003I like this website extremely a lot so a lot outstanding info. 552912

    Reply
  • 01.12.2016 at 23:33
    Permalink

    Hello! I just would like to offer you a huge thumbs up for the excellent information you’ve got here on this post. I will be coming back to your website for more soon.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: