Qubad İbadoğlundan ölkə başçısı haqqında ilginc açıqlama

“Prezident son anda müdaxilə etməsə Azərbaycanı xilas etmək mümkün olmayacaqdı”

Qubad İbadoğlu: “Ölkə başçısına yazdığımız məktubdan sonra qısa müddətdə QHT-lərin və qrantların qeydiyyatı məsələsi, reyestrdən çıxış, vergi cərimələri, bank hesabları il bağlı problemlər həll olundu”

Astanada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə beynəlxalq rəhbər komitənin 35-ci iclasında müzakirə olunan əsas məsələ Azərbaycanın fəaliyyətinin dayandırılması olub. Gərgin müzakirələrdən sonra bu qərar qəbul olunmayıb və 4 ay sonra keçiriləcək iclasa qədər Azərbaycan hökuməti qarşısında şərtlər qoyulub. Bu iclasda iştirak edən  Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat” qəzetinə ilginc müsahibə verib.

“Biz bu ayın 11-də Koalisiya adından Azərbaycan prezidentinə məktub ünvanlayaraq narahatçılığımızı bölüşmüşdik. Dövlət başçısına müraciət etməkdə bir məqsədimiz də ondan ibarət idi ki, o prosesə müdaxilə eləsin, işi nəzarətə götürsün. Əgər ölkə başçısı prosesə müdaxilə etməsəydi, bəlkə də Azərbaycanın fəaliyyətini dayandıracaqdılar”, – Qubad İbadoğlu deyib.

“Bizim məktubdan sonra qısa müddətdə təşkilatların, qrantların qeydiyyatı məsələsi, reyestrdən çıxarış məsələləri həll olundu. Bizim Şuranın üzvü olan Oqtay Gülalıyevin özünə və ailəsinə  qarşı açılan cinayət işinə xitam verildi. Bəzi təşkilatların  vergi cərimələrinin aradan qaldırılması ilə bağlı addımlar atıldı. Prezident həmçinin  xarici donorların fəaliyyətinin “bir pəncərə sistemi” ilə sadələşdirilməsi ilə bağlı sərəncam imzalandı. Bütün bunlar baş verməsəydi, yəqin ki, Azərbaycanın MSŞT-də fəaliyyətinin dayandırılmasının qarşısını almaq mümkün olmayacaqdı”, – Qubad İbadoğlu bildirib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: