Türkiyədə 10 min dövlət quluqçusu işdən azad edilib

Türkiyədə hökumət iyul ayında dövlət çevrilişi cəhdindən sonra təqibləri davam etdirdiyi vaxt 10 min dövlət quluqçusu işdən azad edilib.

Ziyalılar, müəllimlər və tibb işçilərinin işdən azad edilməsi haqda xəbərlər şənbə günü yayılıb.

Türkiyədə dövlət çevrilişi cəhdi ilə əlaqədar olaraq artıq 80 mindən çox dövlət qulluqçusu işdən azad edilib, 30 mindən çox adam həbs edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə din xadimi Fətullah Güləni 270 adamın ölümülə nəticələnmiş dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham edib.

1999-cu ildən Birləşmiş Ştatlarda yaşayan 75 yaşlı Fətullah Gülən dövlət çevrilişi cəhdində əli olduğunu inkar edir. Türkiyə hökuməti Gülənin ekstradisiya olunmasını istəyir.

ABŞ prezidenti Barak Obama Böyük 20-lərin sammitində Ərdoğana deyib ki, Vaşinqton çevriliş cəhdi ilə əlaqədar təhqiqata və məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılmasına yardım üçün lazımi hər bir dəstəyi verməyə hazırdır. Lakin ABŞ rəsmiləri bildirib ki, hər hansı ekstradisiya Birləşmiş Ştatların ədiyyə sistemi tərəfindən təsdiq edilməlidir.

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: