ABŞ-da seçki kampaniyası son həftəsində

ABŞ-da prezident seçkiləri kampaniyası sonuncu həftəsinə daxil olduğu bir vaxt Demokrat namizəd Hillari Klintonun Respublikaçı Donald Trampdan az fərqlə öncə olduğunu göstərir. Ancaq Klintonun dövlət katibi olarkən şəxsi email serverindən istifadəsinə dair təhqiqatın yenidən başlaması Ağ Ev uğrunda mübarizəyə yenidən qeyri-müəyyənlik əlavə edib, – “Amerikanın səsi” məlumat verir.

ABŞ-da keçirilən bir neçə sorğu Klintonun Trampdan 1-3 faiz öndə olduğunu göstərir. Ağ Evdə əyləşəcək yeni şəxsin müəyyən olunmasına bir həftə qalmış mühüm ştatlarda başabaş mübarizə davam edir. Tramp ilk dəfədir seçkili vəzifə uğrunda mübarizə aparır. Klinton isə seçiləcəyi təqdirdə ABŞ-ın ilk qadın prezidenti olacaq.

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: