Həbsdəki jurnalistin işi üzrə istintaq yekunlaşdı

Jam.az saytının redaktoru Fikrət Fərəməzoğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb, bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

Təqsirləndirilən şəxs və vəkil iş materialları ilə tanış olmağa başlayıb.

Vəkil qeyd edib ki, DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq zamanı jurnalistdən işgəncə ilə ifadə alıblar. Onu “Nardaran işi” üzrə təqsirləndirilən şəxslərin də şikayət etdikləri əməkdaşlar – İbrahim Kazımov və İslam Ağabəyov dindiriblər.

Fərəməzoğlu işgəncə faktı ilə bağlı artıq Baş Prokurorluqda ifadə verib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi məhkəmədə jurnalistin cinayət təqibinə bəraət əsasında xitam verilməsində israr edəcək.

Fərəməzoğlu 2016-cı il iyunun 30-da hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. DİN-in məlumatına görə, jurnalist sahibkardan 3000 manat rüşvət alarkən saxlanılıb.

Ötən həftə ona qarşı ittihamlar ağırlaşdırılıb – “hədələmə yolu ilə pul tələb etmək, bir qrup şəxs tərəfindən, təkrarən və əmlak ələ keçirmək məqsədilə törədildikdə”.

İlk ittiham ilə Fərəməzoğlunu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi əmlakı müsadirə olunmaqla 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Fərəməzoğlu yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb, baxmayaraq ki, onun saytı qalmaqallı reputasiyaya malikdir.

Bastainfo.com 



This post has been seen 9 times.

3 thoughts on “Həbsdəki jurnalistin işi üzrə istintaq yekunlaşdı

  • 02.12.2016 at 04:38
    Permalink

    Hey there! I could have sworn I’ve been to this site before but after browsing through some of the post I realized it’s new to me. Nonetheless, I’m definitely delighted I found it and I’ll be bookmarking and checking back often!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: