Müsavat başqanı Rais Rəsulzadəni təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı M.Ə.Rəsulzadənin yadigarı Rais Rəsulzadəni 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: 

“Hörmətli Rais bəy!

Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə uğurlar arzulayıram. 

Siz Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan M.Ə.Rəsulzadənin nəvəsi və yeganə varisi olaraq Rəsulzadə irsinin, müsavatçılıq ideologiyasının yayılmasında, təbliğində müstəsna xidmətlər göstərmisiniz.

Stalin repressiyası illərində M.Ə.Rəsulzadənin ailəsi, eyni zamanda əksər qohumları həbs edildi, sürgünə göndərildi. Sizdə sürgündə anadan oldunuz. Uşaq ikən anasız qalmağın əzabını çəkdiniz, çətinliklə böyüsəz də, orta məktəbə gedib, yaxşı təhsil almaqla, gözəl rəsm əsərləri çəkməklə şagirdlər arasında həmişə fərqlənmisiniz.

Siz əzab, əziyyət və məşəqqətlər içində yaşasanızda maraqlı,millətə faydalı bir ömür yaşayırsınız.

Siz həm də Azərbaycanın görkəmli və tanınmış rəssamlarından birisiniz. Çəkdiyiniz rəsm əsərləri ilə Azərbaycan incəsənətinə böyük töhvələr vermisiniz. Çəkdiyiniz rəsm əsərləri sırasında natürmot, mənzərə, kompozisiya, portret, incəsənət tarixi, fərqli rəngkarlıq texnologiyası vardır. Azərbaycan incəsənətinin Bakıda, Moskvada, İstanbulda açılmış “Payız”, “Yaz”, “Novruz” sərgilərində, 1990-cı ildə “Yanvar-90” və akvarel sərgilərində, 1991-ci ildə “Yaz” və başqa sərgilərdə əsərləriniz nümayiş etdirilib.Siz həm də gözəl müəllim, istedadlı pedaqoq, yüksək mənəviyyat sahibi kimi tələbələrinizin və dostlarınızın böyük rəğbətini qazanmısınız.

Hörmətli Rais bəy!

Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

One thought on “Müsavat başqanı Rais Rəsulzadəni təbrik etdi

  • 02.12.2016 at 07:50
    Permalink

    Nice post. I learn something totally new and challenging on sites I stumbleupon everyday. It’s always exciting to read through content from other writers and use a little something from their web sites. |

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: