Bu il istehsalatda 73 nəfər həyatını itirib

”Bədbəxt hadisələrin daha çox tikinti, emal sənayesində, nəqliyyat, mədənçıxarma və energetika sahəsində baş verdiyi müəyyən olunub”

“Keçən ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırıldığından hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər hansı səyyar yoxlamalar aparılmır. Həmin müəssisələrdə yalnız vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılır. İstehsalatla əlaqəli bədbəxt hadisələr baş verdikdə də daxil olmuş məlumat əsasında Xidmət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatı işləri həyata keçirilir”.

Bunu “Report”un sorğusuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Şöbə müdiri bildirib ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 135 bədbəxt hadisənin (o cümlədən qrup halında 12 istehsalatla əlaqəli bədbəxt hadisənin) təhqiqatı aparılıb: “Həmin hadisələr nəticəsində 73 nəfər həyatını itirib, 146 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təhlillər zamanı bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələrin daha çox tikinti sektorunda (bütün hadisələrin 25,9 faizi), emal sənayesində (15,5 faiz), nəqliyyat sektorunda (14 faiz), mədənçıxarma sektorunda (14 faiz) və energetika sahəsində (5,1 faiz) baş verdiyi müəyyən olunub”.

“Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işləri apararaq qanunauyğun tədbirlərin görülməsini təmin edib” – deyən nazirlik rəsmisi bildirib ki, cari ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidməti istifadəyə verilib. Bu e-xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradıb: “Onu da qeyd edim ki, Xidmət tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi, xüsusən də əməyin mühafizəsi ilə bağlı ardıcıl şəkildə müxtəlif formalarda təbliğat-maarifləndirmə işləri də aparılır. Son illərdə “Təhlükəsiz iş həftəsi”, “Təhlükəsiz iş ongünlüyü”, “Təhlükəsiz iş aylıqları” çərçivəsində xüsusən istehsalat qəzası riski yüksək olan müəssisələrin əmək kollektivlərində görüşlər keçirilib. Bu görüşlər zamanı iş yerlərində baş verə biləcək istehsalat qəzaların qarşısının alınması üçün önləyici tədbirlər, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün görülməli olan zəruri işlər barədə işəgötürənlərə ətraflı məlumatlar verilib, bu sahədə onlara müvafiq metodiki köməkliklər göstərilib. Mütəmadi olaraq müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə müraciətlər olunaraq işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaları, əməyin təhlükəsizliyi qaydalarına daim riayət edilməsi onlara tövsiyə edilir”.

E.Babayev xatırladıb ki, bununla bərabər hər il ölkədə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir, bu günlə əlaqədar olaraq da işəgötürənlərin iştirakı ilə müxtəlif formalarda tədbirlər təşkil olunur: “Bu tədbirlərdə əməyin mühafizəsi norma, qayda və prinsipləri, əməyin təhlükəsizliyinin hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərinə dair izahatlar, istehsalat qəzalarının qarşısının alınması üçün hansı profilaktik tədbirlərin görülməsi barədə məlumatlar işəgötürənlərin diqqətinə çatdırılır”.

 

Bastainfo.com 



This post has been seen 21 times.

5 thoughts on “Bu il istehsalatda 73 nəfər həyatını itirib

  • 03.12.2016 at 15:27
    Permalink

    When I initially commented I appear to have clicked on the -Notify me when new comments are added- checkbox and now each time a comment is added I recieve 4 emails with the same comment. Perhaps there is an easy method you are able to remove me from that service? Appreciate it!|

    Reply
  • 04.12.2016 at 18:44
    Permalink

    275254 601062This internet web page is genuinely a walk-through for all of the info you wanted about this and didnt know who to ask. Glimpse here, and youll surely discover it. 58954

    Reply
  • 06.12.2016 at 19:08
    Permalink

    51032 188975You produced some decent points there. I looked on-line for any difficulty and located most individuals will go in conjunction with together with your web site. 678881

    Reply
  • 07.12.2016 at 11:33
    Permalink

    983609 295590I believe that a simple and unassuming manner of life is finest for everybody, finest both for the body and the mind. 54001

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: