Elçin Sadıqov ”Bandotdel”də hədələnib

Vəkil kibercinayətkarlığın qarşısının alınması haqda ölkə rəhbərliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək

Noyabrın 2-də vəkil Elçin Sadfıqov “Bandotdel” kimi tanınan DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində hədələnib.

Bu barədə Meydan TV-yə açıqlama verən vəkil Elçin Sadıqov bildirib ki, səhər idarədən jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə sənədlərini götürəndə iş aparan müstəntiq Nəzarət Buraxılış Məntəqəsində ona hədə-qorxu gəlib: “Mənə dedi ki, Fikrət Fərəməzoğlunun həyat yoldaşı ilə sənin idarənin əməkdaşları barədə məlumat yaymağınız sizə baha başa gələcək. Mən cavab verdim ki, biz hüquüq çərçivəsində müdafiə işlərini həyata keçiririk. Sonradan mənim və Fərəməzoğlunun həyat yoldaşı barədə şantaj dolu məlumat yayıldı. Xəbər tanınmayan reytinq.info saytında yayılıb. “Facebook”-da həmin məlumatın yalan və şantaj olduğunu bildirdikdən sonraadıma bir neçə saxta profil açıldı və dostlara yenidən dostluqlar göndərildi”.

Vəkil Sadıqov kibercinayətkarlığın qarşısının alınması haqda ölkə rəhbərliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək:

“Vəkilin konstitusion fəaliyyətinə görə təqib olunması demokratiyanın, ədalət mühakiməsinin təməl prinsiplərinə ziddir. Ümid edirəm ki, hökumət bu qanunsuz təqiblər son qoyacaq”.

“Reytinq” qəzetinin saytına (reytinqinfo.az) hakerlər tərəfindən təxribat törədilib. Hakerlər, hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə bağlı adəçəkilən sayta təhqiramiz yazı yerləşdiriblər.

Bu barədə mia.az-a açıqlama verən “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli deyib ki, həmin təxribatçı yazı səhər saatlarında başqaları tərəfindən sayta yerləşdirilib və facebookda paylaşılıb.

A.Mirzəbəyli onu da əlavə edib, yazı dərhal saytdan silinib. Onun sözlərinə görə, texniki əməkdaşlar bu yazının sayta hansı yolla yerləşdirildiyini araşdırırlar.(meydan tv)

 

Bastainfo.com 



This post has been seen 5 times.

One thought on “Elçin Sadıqov ”Bandotdel”də hədələnib

  • 02.12.2016 at 21:50
    Permalink

    Hey there! I understand this is sort of off-topic however I needed to ask. Does running a well-established blog such as yours require a massive amount work? I am completely new to blogging but I do write in my journal every day. I’d like to start a blog so I can share my personal experience and thoughts online. Please let me know if you have any recommendations or tips for new aspiring blog owners. Thankyou!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: