Moskvada Amnesty International təşkilatının ofisi möhürlənib

Moskvada Amnesty International (AI) hüquq müdafiə təşkilatının ofisi bələdiyyə hakimiyyəti tərəfindən möhürlənib, təşkilatın Rusiyadakı nümayəndələyinin rəhbəri bildirib.

Sergey Nikitin möhürlənmənin səbəbini bilmədiyini deyib.

Onun sözlərinə görə, yerli vaxtla saat 10:30 radələrində işə gələn AI əməkdaşları ofisin qapılarının sındırılmış olduğunu aşkar ediblər.

Təşkilatın əməkdaşı Aleksandr Artemyev binada elektrik təchizatının kəsildiyini deyib. O, həmçinin qapıdakı kilidlərin dəyişdirildiyini bildirir.

AI əməkdaşları öncədən hər hansı bildiriş almadıqlarını deyirlər.


Ofisin qapısıImage copyrightAMNESTY INTERNATİONAL
Image captionOfisin qapılarının sındırılmış olduğu nəzərə çarpır

Amnesty International təşkilatı 1961-ci ildə, Britaniyada təsis olunub.

Onun əsas məqsədi insan hüquqlarının müdafiəsi və bu sahədə beynəlxalq qaydaları təmin etməkdir.

AI öz fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görülüb.

Son illər ərzində Rusiyada xarici təşkilatların fəaliyyətilə bağlı qanunvericiliyin sərtləşməsinə görə bır sıra xarici təşkilat, fond və QHT Rusiyada işini dayandırıb.

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: