Müsavat Təbrizli fəalın azad olunmasını tələb edir


Müsavat Partiyası Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası  keçirən hüquq müdafiəçisi Rəsul Rəzəviylə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:

Tanınmış hüquq müdafiəçisi, qanunsuz həbs olunan milli fəal Rəsul Rəzəvinin İrandakı məhkəmələrin ədalətsiz qərarlarına etiraz olaraq başladığı aclıq aksiyası 32 gündür davam edir. 

Rəsul Rəzəvi dəfələrlə milli haqların və insan hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərdə, aksiyalarda fəal iştirak etdiyi üçün  həbs olunub.

Müsavat Partiyası Rəzəvinin bu ilin may və iyun aylarında da 25 günlük aclıq aksiyası keçirdiyinə diqqət çəkərək, onun sağlamlığının kritik həddə olduğunu bildirir.

Müsavat Partiyası İran hakimiyyətindən soydaşımız Rəsul Rəzəvinin uzun müddətli aclıq aksiyası keçirməsinə səbəb olan qanunsuzluqların aradan qaldırılmasını və Rəsul Rəzəvinin dərhal azad edilməsini tələb edir.

bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: