Təhlükə: Masazır qəbiristanlığı gölə doğru axa bilər

“Masazır qəsəbəsinin qəbiristanlığının yuxarı hissəsində çatlar yaranıb”

Bakının Zığ yaşayış massivində və Abşeron rayonunun Masazır qəsəbəsində yeni sürüşmə sahələri yaranıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Sitarə Tarixəzəri Trend-ə deyib ki, yeni sürüşmə sahələri Zığ yaşayış massivi və Masazır qəsəbəsindəki sürüşmə sahələrinin yaxınlığındadır.


S.Tarixəzərinin sözlərinə görə, Zığ yamacındakı çatlar da genişlənib: “Zığda yamacda tikilən evlərdə kanalizasiya sistemi yoxdur. Həm bu səbəb, həm də son günlər ərzində havaların yağıntılı keçməsi həmin sahədə sürüşmənin çox aktivləşməsinə səbəb olub. Zığda təxminən 50 evdə çatlar yaranıb, evlərarası yolda isə bir çat əmələ gəlib”.




This post has been seen 8 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: