Heydər bağının divarına “Qiyasa Azadlıq!” şüarı yazıldı – VİDEO

Noyabrın 2-də bir qrup gənc Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Gənclər Bakıda həbs olunmuş gənc fəal Qiyas İbrahimovla həmrəylik nümayiş etdiriblər. Aksiya iştirakçıları səfirliyin yanında yerləşən  Heydər Əliyev adına bağın divarına Qiyasa azadlıq tələbilə yazı yazıblar,
– Turan məlumat verir
.

“Biz bu aksiya ilə azadlığa biganə olmayan insanları 10 il həbs cəzası alan Qiyası dəstəkləməyə çağırırıq. Biz sizin həyatınızın 10 ilini, bununla da gəncliyinizi alan, qəpik-quruşa işləməyə məcbur edən, avtoritar quruluş yaratmaqla azadlığı alan rejimə qarşı mübarizənin vacibliyini yaxşı başa düşürük”, – aksiya iştirakçılarının Facebook-da yerləşdirdiyi müraciətdə deyilir.

Yazıdan görünür ki, aksiyanı özlərini anarxistlərə aid edən gənclər keçiriblər.

“Repressiya olunmuş anarxistlərə dəstək beynəlmiləl həmrəylik tələb edir. Odur ki, biz nahaq yerə barmaqlıqlar arxasına düşən hər kəsin barəsində daha çox informasiya yaymağa, heç olmasa kiçik aksiyalar keçirməyə və ictimai məkanda bu mövzunu aktuallaşdırmağa çağırırıq. Həbsdə olan anarxistlərə azadlıq!”,- müraciətdə deyilir. Müraciət qraffitinin yazıldığı video ilə müşayiət olunur.

Xatırladaq ki, Qiyas İbrahimov mayın 10-da Bakıda Heydər Əliyevin abidəsinin üzərinə yazı yazan iki fəaldan biridir. Buna görə onlar narkotik maddə ittihamı ilə 10 il azadlıqdan məhrum ediliblər.

Bastainfo.com

 



This post has been seen 82 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: