Liftdə söhbət

– Salam qonşu.

– Əleyküməsalam.

– Vəziyyət necədi?

– Pisə doğru gedir.

– Dolları niyə qaldırırsız (rişxəndlə).

– Dollarımız çoxdur da, qaldırıb xeyir tuturuq (rişxəndlə).

– Müxalifətin də bir səsi çıxmır da.

– Müxalifətin səsi çıxır, sizin səsiniz çıxmır. Keçən
ay 3 mitinq keçirdik. Demişdim. Amma heç birinə də gəlmədiz.

– İndi nətər olacaq? Yaxşı olacaq?

– Öz-özünə yaxşı olmayacaq. Yaxşı olması üçün hərəkət
etmək lazım.

Liftin qapıları açıldı. Qonşu üzünə elə ifadə verdi
ki, liftə minmək üçün qapıda duranlar bizim bir yerdə olduğumuzu duymasınlar…

Mustafa Hacıbəyli 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: