Müsavat Partiyasının oktyabr ayı ərzində gördüyü işlər barədə İCMAL

Oktyabrın 3- də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İslasda görülən işlərlə bağlı məlumat verilib. 

28 sentyabr 2016-cı il tarixdə Müsavat Partiyasının mərkəzi qərargahında Müsavat Partiyası və Milli Strateji Düşüncə Mərkəzinin birgə keçirdiyi referendumun nəticələrinə dair Dəyirmi Masa haqqında məlumat dinlənilib. 

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu Avropa ölkələrində siyasi qurumlarla, beynəlxalq təşkilatlarla keçirdiyi görüşlər barədə məlumat verib. Qeyd edib ki, görüşlərdə prioritet mövzu Azərbaycandakı insan haqlarının ağır durumu olub.

Divan ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri geniş müzakirə edib. 18 oktyabr “Müstəqilliyin bərpası haqda Konstitusiya Aktı”nın qəbul edilməsinin 25 illiyi ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.

Oktyabrın 4- də Müsavat Partiyasının Sədrlər şurasının növbəti iclası keçirilb. İclasda Divan haqqında məlumat verilib, ictimai-siyasi vəziyyət və rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub.

Oktyabrın 5- də həbsdən yenicə azadlığı çıxmış başqan müavini Fərəc Kərimlinin iştirakı ilə ilk dəfə müavinliyin tam tərkibdə iclası keçirilib və ictimai-siyasi vəziyyət, Partiyanın qarşısında duran vəzifələr müzakirə edilib. 
Müavinlər arasında iş bölgüsü yenidən dəqiqləşdirilib.

Oktyabrın 11- də Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM-nin sədri İsa Qəmbər və Partiya fəalları Xaçmazda Müsavat Partiyasının Məclis üzvü Könül Mirzəyevanın dəfn mərasimində iştirak ediblər.

Oktyabrın 14- də Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Oktyabrın 15- də Müsavat Qadınlar Birliyinin təşəbbüsü ilə Azərbaycandakı son referenduma həsr olunan tədbir keçirilib.

“Referendum: geriyə doğru irəli” mövzusunda keçirilən toplantıda referendumun nəticələri müzakirə olunub. Toplantıda həmçinin Qadınlar Birliyinin sədri Nailə Yaqublunun təşəbbüsü ilə hazırlanmış yeni broşüra təqdim olunub. Tədbirdə Müsavat başqanı Arif Hacılı və Mill Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər iştirak edib.

Oktyabrın 17- də Müsavat Partiyasının başqanı Arif Hacılı 18 Oktyabr – Dövlət Müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. 

Həmin gün Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM-nin sədri İsa Qəmbər , istiqlalçı millət vəkili Məryəm Həsənova və Partiya fəalları “Park İnn” otelində Müstəqilliyin bərpasının 25 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etdilər.

Oktyabrın 18- də Müsavat Partiyası Müstəqillik günü münasibəti ilə Fəxri xiyabanda Azərbaycan Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər.

Oktyabrın 18- də Müsavat Partiyasının qərargahında Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü qeyd edilib.

Tədbirdə istiqlalçı millət vəkilləri Məryəm Həsənova, Arif Hacılı, İsa Qəmbər və İsgəndər Həmidov, D18 hərəkatının təmsilçiləri Ruslan İzzətli və Samirə Ağayeva, müsavatçılar, AMDP və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Oktyabrın 21- də Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu mühacir müsavatçıların yaratdığı Avropa

Müsavatçılarının Kordinasiya Mərkəzinin konfransında iştirak etmək üçün Almaniyaya səfərə gediblər.

Oktyabrın 22- də Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) Almaniyanın Frankfurt şəhərində konfransı keçirilib. 

Konfransda Almaniyada səfərdə olan Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu iştirak ediblər. 

Oktyabrın 24- də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Divanda Müsavatçı Qadınlar Birliyinin referendumun nəticələrinə dair “Referendum: geriyə doğru irəli” mövzusunda,müstəqilliyin 25 illiyi ilə bağlı Müsavat Partiyasının keçirdiyi tədbir, Müsavatçı Gənclər Təşkilatının toplantısı və Müsavat Partiyasının Avropada yaşayan üzvlərinin 22 oktyabrda dövlət müstəqilliyimizin 25 illiyi,

Müsavat Partiyasının yaranmasının 105 illik yubileyi ərəfəsində Almaniyanın Franktfurt şəhərində keçirilən Avropa Koordinasiya Mərkəzinin təsis konfransı baradə məlumat verilib.

Divan Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırlanan siyahılar üzrə ictimaiyyətdə gedən diskussiyalar haqqında fikir mübadiləsi aparıb, həmin İşçi Qrupunun hazırladığı siyasi məhbus siyahısını vahid siyahı kimi tanıyıb və yüksək qiymətləndirib.

Oktyabrın 25- də Müsavat Partiyasının Sədrlər şurasının növbəti iclası keçirilb. İclasda Divan haqqında məlumat verilmiş, ictimai-siyasi vəziyyət və rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirə olunub.

Oktyabrın 31-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Divanda Müsavat Partiyasının başqanı Arif Hacılı partiya rəhbərliyinin Avropa səfəri haqqında Divana geniş məlumat verib. Qeyd edib ki, 22 oktyabrda Almaniyanın Franktfurt şəhərində keçirilən Avropada yaşayan müsavatçıların Koordinasiya Mərkəzinin təsis konfransında iştirak ediblər.

Divan “NİDA” Vətəndaş Hərəkatının üzvü “heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimə 10 il həbs cəzası verilməsini kəskin şəkildə pisləyib. Q.İbrahimin qanunsuz olaraq həbs edilməsini və ona ən ağır cəzanın verilməsini hakimiyyətin fəal gənclərə qarşı apardığı repressiya siyasətinin davamı kimi qiymətləndirib. 

Divan KİV haqqında qanuna edilən dəyişiklikləri söz və mətbuat azadlığının, bütovlükdə jurnalist fəaliyyətinin məhdudlaşdırılması kimi dəyərləndirib.

Oktyabr ayı ərzində MNTK-nın Müsavat Partiyasının rayon təşkilatlarının, sədrlər şurasının və Müsavat GT-nın şura iclası keçirilib.

Partiyaya onlarla yeni üzv qəbul edilib.

Müsavat Divanının üzvü Razim Əmiraslanlı

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: