Müsavatçı gənc YAP-çı gəncləri debata çağırdı

Əbülfəz Sadıqbəyli

Uzun zamandır səsi gəlməyən YAP-çı gənclərdən biri, YAP gənclər təşkilatının sədr müavini olduğu deyilən Əli Pənahovun müsahibəsi ilə rastlaşdım. Maraqlı gəldi, dedim, baxım. Düşündüm, ölkədə problemlər xirtdəyəcən qalxdığı bir zamanda, yəqin YAP-ın gənc təmsilçisi ölkənin düşdüyü böhrandan çıxış yolları təklif edib. Əksinə, yenilikdən uzaq, heç bir təklif əks olunmayan quru sözlər, gənclik ruhundan əsər-əlamət olmayan müsahibə. Qoca yapçıların ritorikası ilə tamamən eyni olan ritorika. 

Niyə bu məsələyə toxunuruq?

Məsələ ondadır ki, bu gənc təbii ardıcıllığı qoruyaraq müxalifətçi gənclərin ünvanına böhtan və həqiqətdən uzaq fikirlər səsləndirib. Bizim YAP gənclərindən çəkindiyimizi söyləyib, güya sosial şəbəkədə onları “blok” etdiyimizi, onlarla debatdan çəkindiyimizi bildirib. Hətta demokratik düşərgənin gəncləri tərəfindən təhqir olunublar və s.. 

Mövzunu uzatmadan hər zaman təhqirdən, yalandan uzaq, həqiqətləri çılpaq formada səsləndirmək xətti tutan Müsavatçı Gənclər Təşkilatı olaraq, bütünlüklə YAP hakimiyyətinin nəzarətində olan istənilən telekanalların birində YAP gənclərinin rəhbərliyində təmsil olunan istənilən gənci Müsavatçı Gənclər Təşkilatının nümayəndəsi ilə debata dəvət edirik. 

Ölkə üçün əhəmiyyətli olan istənilən mövzuda, yapçı gənclərlə istədikləri gündə və saatda müsavatçı gənclər olaraq debata hazırıq.

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: