Quba və Qusarda 22 sm hündürlükdə qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb.

APAnın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsində ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burda qarın hündürlüyü 22 sm-ə çatıb. Quba rayonu, Qırız kəndi ərazisinə isə 17 sm-dək qar yağıb.

Xınalıqda qarın hündürlüyü 11 sm-ə çatıb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Burda temperatur -13 dərəcə şaxta olub. 

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: