Türkiyədə 12 deputat saxlanıldı, HDP-nin mərkəzi qərargahı qapadıldı

Türkiyə Parlamentinin HDP-dən olan 12 millət vəkili gözaltına alınıb.

“Basta” Sözcü qəzetinin verdiyi xəbərə istinadən bildirir ki, noyabrın 4-nə keçən gecə Türkiyədə kürdlərin Xalqların Demokratik Partiyasından (HDP) 12 deputat, o cümlədən partiyanın həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ həbs edilib. Polis onların evində axtarış aparıb. 

Bir müddət əvvəl istintaqa dəvət edilən HDP-təmsilçiləri prokurorluğun çağırışına məhəl qoymamışdılar.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan çıxışında qeyd etmişdi ki, terrorçulara dəstək verən millət vəkilləri elə özləri terorçudurlar. Sonra da məhkəməyə gəlməkdən boyun qaçırmaqda ittiham olunduqlarını bildirərək tutub.

Ankara valiliyinin verdiyi bir qərarla HDP-nin mərkəzi qərargahına giriş və çıxış yasaqlanıb. 

“Sözcü” qəzetinin bu anlarda verdiyi xəbərə görə, gözaltına alınanlardan Ziya Ər artıq sərbəst buraxılıb. 

Fox TV-nin verdiyi xəbərə görə isə HDP-nin millət vəkillərinin həbsinə etiraz edən PKK tərəfdarları Diyarbəkirdə partlayış törədib. Ölən və yaralananalar var. 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: