“Qarabağ”ın mühüm qələbəsi

“Qarabağ” FK cümə axşamı Selanikdə yerli PAOK-u 1:0 hesabı ilə məğlub edərək, Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının 1/16 finalına çıxmaq şansını xeyli yaxşılaşdırıb.  

69-cu dəqiqədə yeganə qolu əvəzə çıxan “Qarabağ”ın yarımmüdafiəçisi Miçel atıb. Cərimə meydançası önündə topu alan Miçel onu dəfedilməz zərbə ilə rəqib qapısına göndərib, – “Turan” məlumat verir.  

İki həftə əvvəl “Qarabağ” PAOK-u yenə 2:0 hesabla məğlub etmişdi.  J qrupunun digər maçında İtaliyanın “Fiorentina” klubu Çexiyanın “Slovana” klubunu əminliklə məğlub edib – 3:0. 4 oyundan sonra qrupa 10 balla “Fiorentina” liderlik edir, ikinci yerdə 7 balla “Qarabağ” gəlir, PAOK 4 balla üçüncü yeri tutur. Qrupun turnir cədvəlində sonuncu yeri cəmi 1 balla “Slovan” tutur. 

 “Qarabağ”ın qalan iki oyunu “Slovan”la rəqib meydançasında və “Fiorentina” ilə öz meydançasında keçiriləcək.

Bastainfo.com 

One thought on ““Qarabağ”ın mühüm qələbəsi

  • 02.12.2016 at 08:58
    Permalink

    It’s very effortless to find out any matter on web as compared to books, as I found this post at this web site.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: