Arif Hacılı: “Bir cümlə ilə tarixə düşənlər”

Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazmış gənclərdən daha birinin – NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun məhkəməsi başlayıb. Bir neçə gün öncə hökmü oxunan Qiyas İbrahim kimi bu gün məhkəmə prosesi başlayan Bayram Məmmədov da, ləyaqət nümayiş etdirərək, atdıqları addımın anlamını yüksək dərəcədə dərk etdiyini öz çıxışı ilə sübut edib.

Bu məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində yazıb:

 

“”Bir cümlə ilə tarixə düşənlər.”

Bəlkə də gələcəkdə tarix dərsliklərində Qiyas və Bayram haqqındakı yazı belə adlanacaq.

Əgər bu hadisəyə inzibati xəta kimi yanaşıb bir- neçə günlük həbs çəzası ilə kifayətlənsəydilər, kilolarla narkotiklə yükləyib onlara 10 il həbs verməsəydilər daş üzərinə yazılmış bir cümlə bəlkə də indiki əhəmiyyətində olmazdı. 

Qiyas və Bayram həbsdən sonrakı davranışları, məhkəmə çıxışları ilə düşündüklərinin və yazdıqlarının əhəmiyyətini misilsiz olaraq yüksəltdilər.

“Qul bayramınız mübarək” – bu artıq daş üzərinə yazılmış bir cümlə deyil. 

Bu Azərbaycan gəncliyinin indiki nəsli tərəfindən tarixə yazılmış bir cümlədir.”

 

Xatırladaq ki, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

 

 

  Bastainfo.com



This post has been seen 12 times.

5 thoughts on “Arif Hacılı: “Bir cümlə ilə tarixə düşənlər”

  • 01.12.2016 at 03:18
    Permalink

    962789 182917Oh my goodness! a fantastic post dude. Thanks a lot Nevertheless I will be experiencing trouble with ur rss . Dont know why Not able to sign up for it. Is there everyone acquiring identical rss issue? Anybody who knows kindly respond. Thnkx 508411

    Reply
  • 03.12.2016 at 14:37
    Permalink

    Does your blog have a contact page? I’m having trouble locating it but, I’d like to send you an e-mail. I’ve got some recommendations for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it expand over time.|

    Reply
  • 07.12.2016 at 08:25
    Permalink

    435978 229158This internet internet page is genuinely a walk-through for all with the information you wanted about this and didnt know who to ask. Glimpse here, and you will surely discover it. 261066

    Reply
  • 09.12.2016 at 15:45
    Permalink

    569987 193779Hello! I basically would like to give a huge thumbs up for the wonderful information youve here on this post. I may possibly be coming back to your weblog for far more soon. 130184

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: