Dilqəm Əsgərovun həyatına ciddi təhlükə var


2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı təhlükədədır. 

Bu səbəbdən girovların ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin önünə toplaşıb yardım istəyiblər. Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı girovlardan biri Şahbaz Quliyevin sonuncu dəfə yazdığı məktub bacısına verilib. 

Bu barədə cebhe.info-ya Ş.Quliyevin qardaşı Manaf Quliyev məlumat verib. “Məktubun əvvəlki cümlələri heç də digərlərindən fərqlənmir. O, səhhətinin yaxşı olduğunu, ancaq anamdan nigaran olduğunu yazıb”,- deyə M.Quliyev bildirib. Girovluqda olan soydaşımız məktubda Dilqəm Əsəgrovdan də söz açaraq onun səhhətinin ağır olduğunu bildirib: “Artıq Dilqəmi başqa yerə aparıblar. Onun vəziyyətı yaxşı deyildi, son günlər halı daha da pisləşmişdi. İndi onu başqa yerə aparıblar ondan xəbər tuta bilmirəm”,- deyə Şahbaz Quliyev yazıb.

Artıq iki ildən çoxdur ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çarəsiz durumdadır. Bu haqda modern.az-a danışan girovun oğlu rəsmi qurumların məsələyə laqeydliyindən narazılığını ifadə edib: “Uzun müddətdir ki, atamdan nə normal xəbər alıram, nə də hansısa qurumun normal iş həyata keçirdiyini görürəm. Ayda bir dəfə məktub gəlir, onu da kimin yazdığını bilmirəm artıq. Bu belə davam edə bilməz”.

K.Əsgərov sonunda ölüm olsa da, atasını görməyə gedəcəyini deyir: “Əgər bacarmırlarsa, mən özüm atamın arxasınca gedəcəm. Ermənilərdən də qorxmuram. Sadəcə, bizimkilər imkan versin ki, mən ora gedə bilim. Tək Kəlbəcərdən yox, Qarabağdan-Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının hərəsindən 2-3 könüllü olsa, yığışıb Kəlbəcərə gedəcəm. Sonunda ölüm varsa belə, atama qovuşmaq istəyirəm”.

Qeyd edək ki, işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadliqdan məhrum edilib. Onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərindən belə aydın olur ki, saxlanılan şəxs ailəsinə yazdığı məktubda digər saxlanılan şəxs barədə məlumat verə bilməz: “”Qırmızı Xaç məktubları” ailə məktublarıdır. Bunu yazan ailəsinə yazır və yalnız özü haqqında yaza bilər. Qırmızı Xaç Komitəsinin məktublarında başqa heç bir məlumat yazıla bilməz. Yalnız bunu deyirəm ki, Dağlıq Qarabağda saxlanılan şəxslərə məktublarında yalnız özləri barədə məlumat yazmağa icazə verilir. “Qırmızı Xaç məktubu”nun mənası budur”.

Komitə rəsmisi qeyd edib ki, bu məktub açıq məktubdur:

“Məktub ondan ötrüdür ki, yaxını saxlanılan şəxs barədə məlumat alsın, ya da əmin olsun ki, məktub onun əli ilə yazılıb. Əsas məqsəd həmin şəxslə ailəsi arasında əlaqələrin saxlanılmasıdır. ”Qırmızı Xaç məktubları”nın mənası budur. Ona görə də həmin məktubda ancaq və ancaq ailə məlumatı olur və qeyrisi barədə məlumatın yer almasına icazə verilmir”.

“Sentyabr ayından atamdan xəbər tuta bilmirəm. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri sentyabrda yalandan bir məktub gətirdilər ki, atamla görüşüblər. Amma məktub rus dilində idi. Bu sözlər yazılmışdı: ”Calam ə tvoe pisla poliçil visem pirvet”. Mən bu məktubu atamın yazdığına inanmadım. Qırmızı Xaçın nümayəndələri də təsdiq etdilər ki, əsl məktubu sizə verə bilmərik”. Bu sözləri turkustan.info saytına açıqlamasında Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, bu məktubdan bir ay sonra Şahbaz Quliyevdən məktub gəlib ki, “Dilqəmin vəziyyəti yaxşı deyildi, apardılar başqa yerə. Xəbər tuta bilmirəm”. D.Əsgərovun oğlu məsələni araşdırmaq üçün oktyabrın 31-də Qırmızı Xaç Cəmiyyətinin Bakı ofisinə gedib: “Soruşdum ki, bu nə məsələdir, atama nə olub, hara aparıblar, vəziyyəti necədir? Amma təəssüf ki, heç bir məlumat vermədilər”.

Qeyd edək ki, sosial şəbəkələrdə erməni separatçılarına əsir düşən azərbaycanlıların 1994-cü ildə çəkilmiş görüntüləri yayılıb. Videokadrları facebookda “Karabakh War Pictures” səhifəsi paylaşıb. Səhifə görüntülərin üzərində bu sözləri yazıb: “Qarabağda ermənilər tərəfindən girov götürülən azərbaycanlı savaş əsirləri ilə ”xoş rəftar”…” 

Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın işğaldakı torpaqlarını azad etmək ixtiyarı olduğu kimi, girovları xilas etmək üçün də antiterror əməliyyatları keçirə bilər. 

Bu barədə fərqli arqumentləri olan politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bunları söylədi: “Dilqəm Əsgərovun və Şahbaz Quliyevin antiterror əməliyyatı keçirilməsi ilə azad olunması məsələsi uzun çəkən və bu gün mümkünsüz olan məsələdir. İlk öncə həmin əməliyyat nəticəsində ərazilərimizdə məskunlaşmış işğalçı terroristləri qovmaq olar, bu müddət ərzində isə onlar əsir və girovlar haqqında hər cür xoşağəlməz qərarlar qəbul edə bilərlər. Belə əməliyyatlar əsasən xüsusi təyinatlı dəstələr tərəfindən məhz kəşfiyyat, əməliyyat-axtarış və digər tədbirlər nəticəsində aparılır. 

Bu isə böyük risk və vacib hazırlıq tələb edir. Konkret Dilqəm Əsgərovla bağlı məsələ isə bu gün beynəlxalq humanitar təşkilatların məhz erməni rəhbərliyinə qətiyyətli təzyiqi ilə mümkündür. Çünki hətta müharibə qanunlarına görə də səhhətinin ağır olması bunu gündəmə gətirə bilər. Bundan başqa, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu məsələni qaldıra bilərlər”.

 

Bastainfo.com 



This post has been seen 26 times.

3 thoughts on “Dilqəm Əsgərovun həyatına ciddi təhlükə var

  • 02.12.2016 at 01:10
    Permalink

    First off I would like to say great blog! I had a quick question that I’d like to ask if you don’t mind. I was curious to know how you center yourself and clear your thoughts prior to writing. I have had a difficult time clearing my mind in getting my ideas out there. I truly do take pleasure in writing but it just seems like the first 10 to 15 minutes tend to be wasted just trying to figure out how to begin. Any ideas or hints? Kudos!|

    Reply
  • 06.12.2016 at 07:36
    Permalink

    Great beat ! I wish to apprentice even as you amend your website, how could i subscribe for a blog website? The account aided me a appropriate deal. I had been a little bit familiar of this your broadcast provided shiny transparent idea|

    Reply
  • 07.12.2016 at 10:29
    Permalink

    349435 844687Simply a smiling visitor here to share the love (:, btw outstanding design . “Audacity, more audacity and always audacity.” by Georges Jacques Danton. 954198

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: