Hacıqabul xəstəxanasından növbəti şikayət

Ötən ay Hacıqabul Mərkəzi Rayon Xəstəxanasından işdən çıxarılan həkim Taleh Nəsibov keçmiş iş yerində baş verən qanunsuzluqlar haqqında “Basta”ya ilginc məlumatlar təqdim edib.

Məlumatda Hacıqabul MRX-nin baş həkiminin müavini, YAP-ın yerli təşkilatının sədri Hafiz Bəşirovun qanunsuz əməllərindən bəhs edilir. Bildirilir ki, Hafiz Bəşirov MRX-nin Həkim Məsləhət Komisiyasının üzvüdür. 

“Hafiz Bəşirov xəstə olduğu halda, işə çıxmadığı halda, pensiyaya çıxmaq istəyənlər üçün Forma 88 sənədini verir. Onun imza kartı Fatma İsmayılovadadır. Bu sənədlərə onun adından Fatma İsmsyilova imza edib Tibbi Sosial Ekspert Komisyasına göndərir. İşə çıxmayan və bülletendə olan adam necə xəstəni yoxlayıb TSEK-ə göndərə bilər? Amma Hafiz Bəşirov bunu edir, evində xəstəyə Forma 88 yazır”, – Taleh Nəsibov bildirir. 

Taleh Nəsibovun bildirdiyinə görə, Hafiz Bəşirov Hacıqabulda “Loğman” adlı aptekin sahibidir. Həkimlərin öz apteklərinə müştəri toplamaq üçün xəstələrə lazımsız dərmanlar tövsiyyə etməsi problemi də aktual olaraq qalmaqdadır.  

Qeyd edək ki, Taleh Nəsibov Hacıqabulda baş verən qanunsuzluqlara etiraz etdiyi üçün əvvəlcə tutularaq 5 sutka həbsdə yatıb, həbsdən çıxdıqdan dərhal sonra isə işdən kənarlaşdırılıb. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: