Hadı Rəcəbliyə 7 sual

“Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli deyib. Hadı Rəcəbli bundan əvvəl şəhid ailələrinə pul verilməsinə qarşı çıxmışdı.

Hadı müəllim, niyə dövlət məmurlarına bu qədər imtiyazlar veriləndə susursuz, amma vətən uğrunda həyatını riskə qoymuş, şikəst olmuş əlilə veriləsi 5 manatı sinirə bilmirsiz?

Bu qədər qənaət tərəfdarısızsa, niyə möftəxor dövlət məmurlarının maaşının cəmiyyətə fayda verən müəllimlərdən, həkimlərdən 5-10 dəfə çox olmasına susursuz?

Niyə dövlət məmuru, polis zabiti pensiyaya çıxanda da 1000-1500 manat alır, amma həkim, müəllim, digər faydalı peşə sahibləri 150-200 manatla səfalətə sürüklənir?? 

Axı bu dövlət məmuru işlədiyi dövrdə onsuz da milyonlar qazanıb, obyekt, müəssisə, pul, qızıl sahibi olub! Həkim, müəllim, sadə vətandaş isə elə işlədiyi dövrdə də borc içində üzüb! Bu ədalətsizlikdən niyə danışmırsız?

Elə qənaət tərəfdarısızsa, niyə sizin özünüzə – deputatlara həftədə cəmi iki gün işlədiyiniz halda, ilin də az qala yarısını tətildə keçirdiyiniz halda 2000-3000 min məvacib verilməsinə etiraz etmirsiz?

Xəbəriniz varmı ki, əslində əlillərə pulsuz dərman vermirlər, onlar üçün nəqliyyat da pulsuz deyil? Olmayan imtiyazlara niyə etiraz edirsiz?

Siz millət vəkilisiz, yoxsa hakimiyyət vəkili? Kənardan özünüzə baxırsızmı heç???

2 thoughts on “Hadı Rəcəbliyə 7 sual

  • 04.11.2016 at 21:07
    Permalink

    Hadi recebli korluq cekmeyib puldan o ovaxt cekerdiki korlugu evdecörek pulu olmazdi bilierdi

    Reply
  • 04.11.2016 at 21:33
    Permalink

    MENIMCE GUZGU ELEDE BAHALI BIR SHEY DEYIL ALSA PIS OLMAZ.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: