Müsavat başqanı yubilyarı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı fəal müsavatçı  Eyvaz Aslanlını  50 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Eyvaz bəy!

Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı apardığınız mübarizədə uğurlar arzulayıram.

Siz Azərbaycan Xalq Hərakatının fəal üzvlərindən biri olmusunuz. Genc yaşlarınızdan  Azərbaycanın azadlığı, müstəqilliyi və ölkədə demokratik cəmiyyətinin qurulması uğrunda mübarizəyə qoşulmusunuz. Siz Müsavat Partiyasının üzvü kimi bu gün də mübarizənizi davam etdirisiniz. Müsavat Partiyası  Masallı rayon təşkilatının fəal üzvü olaraq Partiyanın, eyni zamanda rayon təşkilatının güclənməsində, Müsavat ideologiyasının təbliğində böyük fəallıq göstərirsiniz. Partiyadaşlarınızla çiyin-çiyinə demokratik cəmiyyət quruculuğu uğrunda mübarizəyə öz töhvənizi verirsiniz.

Siz həmçinin qayğıkeş ata, gözəl ailə başçısınız. Sizi tanıyan insanlar həmişə Sizinlə qürur hissi keçirirlər.

Hörmətli Eyvaz bəy, 

Sizi bir daha doğum günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: