“Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli

“Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.”

Bü sözləri “REPORT”-un jurnalistinin sualına cavab verən Hadı Rəcəbli deyib.

Jurnalist: 

-Azərbaycandakı ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti necə qiymətləndirirsiz?

Hadı Rəcəbli:

– Bir neçə gün öncə, Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdi. Bu illər ərzində Azərbaycan xeyli inkişaf etdi. Həmin dövrlərə nəzər saldıqda, görürük ki, nə qədər çətinliklər, kataklizmlər olub. İlk baxışda bunları həll etmək mümkünsüz görünüb, heç də asan olmayıb. Müstəqilliyin ilk illərində 1 milyona yaxın qaçqın və məcburi köçkünün olması, ölkəmizə bəzi dövlətlər tərəfindən embarqo qoyulması, neft müqavilələrinin bağlanmasındakı çətinliklər qeyri-müəyyənlik yaratmışdı. Bütün ümidlər o zaman oyandı ki, həmin vaxt hakimiyyətə Heydər Əliyev şəxsiyyəti gəldi. Heydər Əliyevin idarəetmə prioritetləri seçmə ustası olması bizi bu bəladan xilas etdi. Həmin dövrdə elə sahə yox idi ki, orada problem olmasın, əmək haqları aşağı, işıq, qaz yox idi, istehsal sıfıra enmişdi, iş yerləri kütləvi boşalırdı. Təsəvvür edin, bunu birdəfəlik həll etmək necə çətin idi. Heydər Əliyev bir neçə prioritet seçdi, onlardan birincisi atəşkəsə nail olmaq idi. Atəşkəsə nail olmaqla Azərbaycan bir qədər dirçəldi. İkinci addımı qaçqın və məcburi köçkünlərlə bağlı atdı, onların rifahının yaxşılaşdırılmasına çalışdı. Üçüncü isə ölkədəki özbaşınalığın qarşısını aldı. Bununla da ölkədə sabitliyi bərpa etdi.

Sonralar isə islahatlar aparıldı. Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.

 

Bastainfo.com 



This post has been seen 26 times.

8 thoughts on ““Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli

  • 04.11.2016 at 20:41
    Permalink

    Hörmətli Hadi bəy sizin dediyləriniz hamısı cəfəngiyatdır. Sizin dediyiniz müsdəqilliy 14 dənə ac canavara aiddir. Azərbaycana yox. Əhali bu dəqiqə pis vəzoyyətdədir. Dövlətin aptek bazası və nəqliyyat departamenti var. Əgər hakimiyyət normal olsa hər şey şəffaf olar. Hər şey mümkün olar.

    Reply
  • 04.11.2016 at 22:43
    Permalink

    Belə savadsız insanlar Azerbaycanın müsteqilliyinə zərər gətirən Vətən xainidi.

    Reply
  • 04.11.2016 at 22:56
    Permalink

    Qarabağ əliliyəm tək pensiya alıram və onuda 20-ildir ki,ev kirayəsinə verirəm.Nə ev verilir nədə ki maşın.Bu məsələlərdə biz xəstələrə budumu sizin kömək?Cörək mağazasına iki yüzə yaxın pul borcum var.Acınacaqlı şəraitdə yaşayırıq.İki güllə yaram var.Siz güllə acısı görməmisiz və bunun ücün belə danışırsız.Bu faktdı buyurun maraxlanın.Rövşən Məmmədov 04.07.67.Qehraman Terter:

    Reply
  • 05.11.2016 at 13:51
    Permalink

    Hadi Rəcəbli hər zaman belə çıxışları ilə alçaqlığını sübut edir. Yadımdadır, bir dəfə səhər vaxtı tV kanalllarının birində başqasının evində günəmuzd ev işləri görən qadınların vergidən yayınmaları və onların vergi verməyə cəlb olunmaları barədə danışırdı . Deyən gərək: -Ay əclaf, allah qismət eləsin, sənin arvadın, qızın başqasının evini təmizləməyə məcbur olsun, o zaman vergi ödəyərlər. İndi də Qarabağ əlilləri barədə. Kaş səninkimi düşünənlərin hamınızın övladları Qarabağda öləydi ya yaralanaydı. O zaman görəsən hansı qərarı çıxarardınız. Xaricdə veteranların maşınlarını saxlamaları üçün hər yerdə park yeri ayrılır və o yer nə qədər hamıya lazım olsa da heç kim maşınını saxlamaz. Bizdə isə Qarabağ əlilləri övladlarına yemək tapa bilmədikləri üçün özlərini yandırırlar. Görəsən biz nə vaxtsa sivil ölkə olacağıqmı?

    Reply
  • 05.11.2016 at 16:20
    Permalink

    tipini sikim senin. orospunun çocuğu.

    Reply
  • 09.11.2016 at 05:42
    Permalink

    Fexrle oglanlarindan, onlarin is yerlerinxen danisir bu heyasiz.Hec demedi , oglanlarim Qarabagda vurusub….

    Reply
  • 02.12.2016 at 05:43
    Permalink

    Hi there, this weekend is nice for me, as this point in time i am reading this impressive educational article here at my residence.|

    Reply
  • 07.12.2016 at 12:02
    Permalink

    399287 309692It is rare knowledgeable folks within this subject, nevertheless, you appear like theres a lot more you are talking about! Thanks 825900

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: