Türkiyədə internet bağlanıb

Noyabrın 4-nə keçən gecə Türkiyə hakimiyyəti bütün sosial şəbəkələrə və elektron poçta çıxışı bağlayıb. Türkiyədə olan şəxslərin telefonla verdiyi məlumata görə, Facebook, İnstagram, Twitter,  WhatsApp, Skype və YouTube-a çıxış bağlanıb, – “Turan” bildirir.

Yerli müşahidəçilərin fikrincə, baş verənlər hakimiyyətin kürdyönümlü xadimlərə qarşı gördüyü tədbirlər və bunun ardınca baş verən terror aktları ilə bağlıdır.

Xatırladaq ki, dünən hakimiyyət kürdyönümlü “Xalqların Demokratiyası Partiyası”nın (HDP) lideri Demirtaş başda olmaqla, partiyadan olan 11 deputatı PKK kürd təşkilatı ilə əlaqədə olmaq ittihamı ilə həbs edib.

Ankara hələlik sosial şəbəkələrin bağlanmasının səbəbləri ilə bağlı rəsmi bəyanat verməyib.

Bastainfo.com 



This post has been seen 2 times.

One thought on “Türkiyədə internet bağlanıb

  • 02.12.2016 at 19:02
    Permalink

    Hey there! This is my first visit to your blog! We are a team of volunteers and starting a new project in a community in the same niche. Your blog provided us useful information to work on. You have done a extraordinary job!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: