ABŞ-ın ATƏT-dəki nümayəndəsi Qiyas İbrahimovun barəsində hökmü pislədi

ABŞ-ın ATƏT-in Daimi Şurasındakı səfiri Daniel Bayer gənc fəal Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum olunmasını pisləyib, Bakını ATƏT və digər beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini yerinə yetirməyə  çağırıb, – “Turan” məlumat verir.

“Oktyabırın 25-də NİDA hərəkatının fəalı Qiyas İbrahimovun qanunsuz narkotik maddə dövriyyəsi ittihamı ilə 10 il müddətınə azadlıqdan məhrum olunması ABŞ-ı narahat edir. Bu həbs  siyası motivlərlə təqib kimi qəbul edilir.

“Amnesty İnternational” təşkilatının bəyanatına görə, G.İbrahimov  həbsdə olduğu vaxt ağır ittihamları etiraf etməsi üçün ona işgəncə verilib”, – Bayer bildirib.

“Biz Azərbaycan hökumətini Qiyas İbrahimovu və demokratik cəmiyyətin ayrılmaz hissəsi olan söz və dinc toplaşma azadlığından yararlandıqlarına görə həbs olunan digər şəxsləri azad etməyə çağırırıq”, – Bayer vurğulayıb.

Q.İbrahimov və B.Məmmədov mayın 10-da Bakıda Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqlarına görə həbs olunublar.

Bastainfo.com 



This post has been seen 35 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: