Azərbaycanlı məmurlar Gürcüstanda soydaşlarımızı necə uduzdurub?

Kamran Ramazanlı: “Onlar gürcü namizədi müdafiə edirdilər” 

Gürcüstanda oktyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələri azərbaycanlı namizədlər tərəfindən narazılıqla qarşılanıb. Buna səbəb seçki prosesinə kənar müdaxilələrin olmasıdır. Mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə, təbliğat-təşviqat kampaniyasında gürcü namizədlərin xeyrinə Azərbaycandan getmiş vəzifəli şəxslər də qatılıblar. Beləliklə, azərbaycanlı namizədlər seçkidə uduzdurulub. Məsələn, Marneuli rayonundan namizədliyini irəli sürmüş soydaşımız Əhməd İmanquliyevin 47 faiz səs toplayaraq qalib gəldiyi halda, bu göstəricinin 27 faizə salınaraq məğlub elan edilməsi barədə açıqlamalar yayılmışdı. 

“Parlamentdə 15 azərbaycanlı deputat olmalıdır”

Seçki prosesinə azərbaycanlı məmurların müdaxiləsinin Gürcüstan və Azərbaycan hökumətləri arasında məxfi sövdələşmə ilə bağlı olduğu bildirilir. Daha doğrusu, rəsmi Bakı hakim “Gürcü Arzusu” Koalisiyasının namizədlərinin qalib gəlməsinə soydaşlarımızın məğlubiyyəti hesabına yardım edib. Seçki prosesini müşahidə etmiş gürcüstanlı ekspert Kamran Ramazanlı cebhe.info-ya açıqlamasında bu faktı təsdiqləyib.

Həmin məlumatda iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkəsinin prezidenti Rövnəq Abdullayev, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynin seçkilərə müdaxilə prosesində adı hallanır: “Gürcüstan müstəqilik qazandıqdan sonra parlament seçkiləri 2016-cı ildəki kimi yadda qalan olmamışdı. Gürcüstan parlamentində azərbaycanlı deputatlara qeyri-rəsmi qaydada kvota ayrılmışdı cəmi 3 nəfər deputat olurdu. Yalnız prezident Sevardnadzenin dövründə parlamentdə 6 nəfər azərbaycanlı deputat var idi. Gürcüstanda əhalinin sayına görə azərbaycanlılar 2-ci yeri tutur. Bu baxımdan, parlamentdə 15 nəfərə yaxın azərbaycanlı deputat olmalıdır. Onlardan 6-7 nəfəri majoritar, digəriləri proporsianal qaydada seçilə bilərlər. Diqqətinizə çatdirmaq istəyirəm ki, parlamentdə 150 deputat fəaliyyet göstərir. Onların 77 nəfəri proporsianal, 73 nəfəri isə majoritar qaydada təmsil olunur”. 

“Azərbaycanlılar seçkiyə fəallıq gətirdi”

K. Ramazanlı deyib ki, 2016-ci il seckilərində namizədlərin irəli sürülməsi və seçki kampaniyasının təşkilində ciddi irəliləyişlər müşahidə edilib və azərbaycanlı namizədlər fəallıqları ilə yadda qalıb: “Belə ki, istər majoritar, istərsə də proporsional siyahılarda azərbaycanlılar əvvəlki seçkilərdən fərqli olaraq, xeyli çox idi. Bu seçkiler favorit namizədlərlə yadda qaldı. Onlar professor Fərman Ceyranlı, Samirə İsmayılova və Əhməd İmanquliyev idi. Adları çəkilən nüfuzlu namizədlər mandat qazanmasalar da Gürcüstan siyasi mühitinə bəzi yeniliklər gətirdilər. Fərman Ceyranlı illərlə yığılıb qalmış problemləri, o cümlədən, kənd adları, təhsil sahəsində torpaq islahatları və digər məsələləri cəsarətlə səsləndirdi, ölkə ictimaiyyətinin diqqətini həm öz namizədliyinə, həm də Bolnisi rayonundakı vəziyyətə cəlb edə bildi. Bolnisi rayonunda 56 min seçicinin 47 min nəfərdən çoxu azərbaycanlıdır.

Gənc olmasına baxmayaraq, Samirə İsmayilova da Gürcüstanın ən mürəkkəb vəziyyətdə olan rayonu-Bolnisidən müxalifət partiyasından majoritar qaydada namizədliyini irəli sürmüşdü. Həmin bölgədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin nüfuzu yüksək olduğuna görə, Samirə İsmayılova azərbaycanlı xanım namizəd olaraq ilk dəfə seçkilərəd iştirak etdi. Samirə xanım mandat qazana bilməsə də Bolnisidə ən majoritar sistem üzrə ən çox səs qazanan namizəd oldu. Əhməd İmanquliyev də gənc olmasına rəğmən ötən dəfə Marneuli rayonu qamqebeliliyinə (yerli icra hakimiyyəti orqanı nəzərdə tutulur) namizədliyini vermişdi və səslərin çoxunu qazansa da qələbəsi tanınmadı. Oktyabrda keçirilmiş parlament seçkilərində istər ölkədaxili, istərsə də beynəlxalq təşkilatların diqqətini Borçalı bölgəsindəki siyasi cəhətdən hazırlıqlı şəxslərin olması cəlb etdi. Zaman-zaman hakimiyyətlərin “azərbaycanlılar siyasi cəhətdən passivdirlər” fikirlərini alt-üst etməyi bacardı”. 

Ekspert deyib ki, Bakıda gedən məmurlar gürcü hakimiyyətinə yaxın namizədlərin qələbəsinə dəstək veriblər: “Müxalifət partiyasından namizədliyini irəli sürənlər 1-ci turda səslərin əksəriyyətini qazansa da seçkilər 2-ci tura keçirildi. Birinci turda hakimiyyət bütün resurslarını işə salsa da istəyinə nail ola bilmədiyindən kömək üçün Azərbaycan hökumətinə müraciət edib. Gürcüstanla Azərbaycanın strateji müttəfiq olduğunu hər kəs bilir. Gürcüstan əhalisinin böyük əksəriyyətinin Azərbaycana münasibətinin müsbət olmasından hakimiyyət yararlandı. Bir sıra məmurlar davamlı olaraq Gürcüstana səfər edirlər. Onların oktyabrın 29-da hakimiyyətin namizədi Tamaz Naverianini açıq müdafiə etməsi ciddi narazılıqla qarşılandı”. 

Bastainfo.com 



This post has been seen 10 times.

2 thoughts on “Azərbaycanlı məmurlar Gürcüstanda soydaşlarımızı necə uduzdurub?

  • 03.12.2016 at 11:00
    Permalink

    You’re so cool! I don’t think I’ve truly read anything like that before. So good to discover another person with some unique thoughts on this topic. Seriously.. many thanks for starting this up. This site is something that is needed on the web, someone with a bit of originality!|

    Reply
  • 07.12.2016 at 15:38
    Permalink

    236203 868220Nice one, there is actually some great facts on this post some of my subscribers may find this useful, will send them a link, many thanks. 733010

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: