BMT-dən Əliyev hakimiyyətinə qarşı sərt hesabat

BMT İnsan Hüquqları Komitəsi Azərbaycanda mülki və siyasi hüquqlarla bağlı vəziyyət haqda yekun hesabatı açıqlayıb.  Bu məsələnin müzakirəsi oktyabrın 20-21-də Cenevrədə Azərbaycandan olan nümayəndələrin iştirakı ilə keçirilib.

Hesabat 18 beynəlxalq müstəqil ekspertin iştirakı ilə tərtib edilib. Onlar mülki və siyasi hüquqlar haqda Beynəlxalq paktın tətbiqinin monitorinqini keçirirlər.

Bu çoxsəhifəli sənəd BMT insan hüquqları üzrə ali komissarın ofisi tərəfindən açıqlanıb, ölkədə real vəziyyət və qanunvericiliyin vəziyyətinin qiymətləndirilməsini əhatə edir, – “Turan” məlumat verir.

Əsasən Komitə 2016-cı il 26 sentyabr referendumu zamanı Konstitusiyaya dəyişikliklər və “parlamentin iştirakı və açıq müzakirələr olmadan” bu islahatların keçirilməsi ilə bağlı narahatlığını bildirib.

Qəbul edilən dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdıra və məhkəmə hakimiyyətinin müstəqilliyini təhlükə altına ala bilir, prezidentin səlahiyyətlərini artırır, onun siyasi məsuliyyətini azaldır, parlamentin hüququnu məhdudlaşdırır.

Komitə seksual azlıqlara, əlillərə və imkanları məhdud insanlara qarşı diskriminasiya faktlarından narahatdır.

Gender hüquqlarının pozulması, erkən nikahlar, dini və müvəqqəti nikahlar (kəbin və siğə), qadınlara qarşı zorakılıq faktları var. 

Komitə işgəncə və amansız davranış, o cümlədən jurnalistlərə, hüquq müdafiəçiləri və gənc fəallara qarşı işgəncə və amansız davranış haqda məlumatlardan narahatdır. Bu, bəzi hallarda onların ölümü ilə nəticələnir.

Cəzaçəkmə yerlərində zorakılıq və işgəncə faktları, penitensiar xidmətdə və polis təcridxanalarında korrupsiya faktları var. Məhbuslar vəkillərlə görüşmək imkanlarından məhrumdur.

Komitə məhkəmə sisteminin icra hakimiyyəti və prokurorluq orqanlarından asılılığından narahatdır.

Məhkəmə-hüquq komitəsi İcra Hakimiyyətinin təsiri altındadır, məhkəmə sistemi korrupsiyaya uğrayıb.

Komitə hakimiyyətin siyasətini və dövlət məmurlarını tənqid edən hüquqşünaslara qarşı siyasi motivli ittihamlar və fiziki hücumlar barədə məlumatlardan narahatdır. Hüquq müdafiəçilərini, fəalları və jurnalistləri müdafiə edən vəkillərə təzyiqlər davam edir.

Hakimiyyət bu halları aradan qaldırmalı və onların təkrarlanmasına yol verməməlidir.

Komitə bəzi jurnalistlərin, müxalifətçi siyasətçilərin, hüquq müdafiəçilərinin və insan hüquqları üzrə vəkillərin ölkədən çıxışına qoyulan qadağa faktlarını pisləyir və onların dərhal aradan qaldırılmasına çağırır.

Komitə dini etiqad azadlığı məsələsində dindarların hüquqlarının məhdudlaşdırılmasını, müsəlman icmalarının Qafqaz Müsəlmanları İdarəsindən icazə almasının vacibliyini, dini ədəbiyyata senzuranı, “Yeqovo şahidləri” kimi qeyri-ənənəvi dini icmaların üzvlərinin təqib olunmasını, fəaliyyətinin məhdudlaşdırılmasını tənqid edir.

Komitə əvvəlkitək ifadə azadlığının məhdudlaşdırılmasından, hüquq müdafiəçilərinin, gənc fəalların, siyasi opponentlərin, müstəqil jurnalistlərin və blogerlərin qorxudulmasından, siyasi motivli və narkotik maddə, xuliqanlıq kimi uydurma itthamlarla həbsindən narahatdır.

“Azadlıq” radiosunun yayımı üçün lisenziyanın ləğvi, həmçinin “Meydan” TV-nin jurnalistlərinə qarşı siyasi motivli cinayət işləri, “Azadlıq” qəzetinə maliyyə təzyiqlərinə dair faktlar xüsusi narahatlıq doğurur.

Komitə dinc toplaşma azadlığı hüququnun məhdudlaşdırılmasından, dinc etiraz aksiyalarında iştirak edənlərə qarşı güc tətbiqindən narahatdır. Əsasən NİDA hərəkatının fəalları 2016-cı il 17 sentyabr mitinqi zamanı, 26 sentyabr referendumu və digər nümayişlər ərəfəsində təzyiqlərə məruz qalıblar.

Azərbaycan öz qanunlarına və vətəndaşların toplaşma azadlığından istifadə hüququnun təminatı praktikasına yenidən baxmalı, bütün zorakılıq, hüquq-mühafizə orqanlarının güc tətbiq etməsi hallarını, özbaşına həbsləri və dinc nümayişçilərin saxlanması hallarını cəld və effektiv araşdırmalı, günahkarları məsuliyyətə cəlb etməlidir.

Komitə toplaşma və birləşmə azadlığına qanunverici məhdudiyyətlərin tətbiqi, müstəqil QHT-lərin qeydiyyatından imtina, onların fəaliyyətinə və xarici maliyyələşdirməyə qadağanın qoyulması, həmin müddəaların pozulmasına görə sərt cəzalardan narahatlığını bildirib.

Həmçinin Komitə Naxçıvanda yaşayan şəxslərin mütləq hakim partiyaya üzv olması ilə bağlı tələblər barədə məlumatlardan narahatdır.

Komitə erməni mənşəli Azərbaycan vətəndaşlarına qarşı diskriminasiya və erməni soyadlı əcnəbilərin ölkəyə buraxılmaması faktlarından narahatlığını bildirib.

Komitə ki, 2020-ci il noyabrın 4-dək növbəti dövri hesabatı təqdim etməyi və hazırki hesabatda əksini tapan tövsiyələrin yerinə yetirilməsinə dair informasiyanı sənədə daxil etməyi Azərbaycandan xahiş edir.

Bastainfo.com



This post has been seen 19 times.

3 thoughts on “BMT-dən Əliyev hakimiyyətinə qarşı sərt hesabat

  • 02.12.2016 at 05:13
    Permalink

    It’s not my first time to go to see this site, i am browsing this site dailly and get fastidious data from here all the time.|

    Reply
  • 07.12.2016 at 00:28
    Permalink

    I have been surfing online greater than 3 hours these days, but I by no means found any attention-grabbing article like yours. It is pretty worth enough for me. Personally, if all web owners and bloggers made just right content material as you did, the internet might be a lot more useful than ever before.|

    Reply
  • 07.12.2016 at 18:27
    Permalink

    13368 674664woah i like yur website. It really helped me with the info i wus looking for. Appcriciate it, will bookmark. 172424

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: