Nardaran hadisələrindən siyasi divident götürməyə çalışmırıq

Polemika

Yadigar Sadıqov 

Oktyabrın 18-də elan olunan və 166 nəfərdən ibarət olan siyasi məhbus siyahısının altında keçmiş siyasi məhbuslar kimi Müsavat başqanının 3 müavinin adı vardı – Tofiq Yaqublunun, Fərəc Kərimlinin və mənim. Şəxsən mən subordinasiya qaydalarını gözləyərək Müsavat başqanı Arif Hacılı ilə məsləhətləşdikdən sonra siyahının tərtibatçısı Leyla Yunusun təklifinə müsbət cavab verdim.

Bundan 4 gün sonra, oktyabrın 22-də Müsavat başqanının digər müavini Səxavət Soltanlı facebookda bir yazı paylaşır. Bu yazıda Səxavət bəy həbsdə olan dindarların siyasətlə məşğul olmadıqlarını əsas tutaraq onların “siyasi məhbus” deyil, “vicdan məhbusu” elan edilməsini təklif edir. Hörmətli həmkarımın fikirləri mübahisəli olsa da qeyd edim ki, “vicdan məhbusu” daha üstün status sayılır. Belə ki, “siyasi məhbus” statusu hələ məhbusun günahsız olması anlamını vermir. Hakimiyyətin opponenti doğrudan da hansısa qanun pozuntusu törədə bilər, lakin iqtidar bundan siyasi intiqam məqsədilə istifadə edərsə, həmin adamı analoji hərəkət törətmiş digərlərinə nisbətən daha ağır cəzalandırarsa, o artıq siyasi məhbus hesab olunur. “Vicdan məhbusu” isə artıq heç bir pozuntuya yol verməmiş, sırf siyasi baxışlarına görə həbs edilmiş insanlara verilən statusdur. Məsələn, 2014-2015-ci illərdə hüquq müdafiəçiləri Azərbaycanda 100-ə qədər siyasi məhbusun olduğunu desələr də, Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınanların sayı 30-u keçmirdi.

Bununla belə, bir çox səbəblərə görə Səxavət bəy ciddi sayda həmfikir tapmadı və dəstəklənmədi. Bunu Müsavatın mövqeyi olmadığını görmək çox asan idi. Xüsusən də siyasi məhbus siyahısının altındakı 3 başqan müavininin imzası fonunda. Lakin bu qədər açıq olanı “görməyənlər” tapıldı ki, bu da gözlənilməz deyildi. Ertəsi gün AXCP təmsilçisi Natiq Ədilov bu yazını inanclı məhkumlar  müstəvisində Müsavatın hakimiyyətlə anlaşmasının təzahürü kimi yozdu. Fürsətcilliyi siyasi bacarıq hesab edən bir çoxları bu ittihamı artıq bir neçə gündür ki, davam etdirirlər. Buna görə də bəzi məqamları ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirəm.

Nardaranda əməliyyat keçirilən gün Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuatın sorğusuna cavab olaraq hadisəni faciə adlandırıb. Həmin  gün həbs olunanların adlarını daha sonra müxalifətin hər zaman təqdim etdiyi siyasi məhbus siyahısında görəcəyikmi sualına Müsavat başqanı “ Biz detalları araşdıracağıq. Əgər məsələdə başqa motivlər yox, məhz siyasi amil olsa, bununla bağlı münasibət bildirəcəyik” cavabını verib. Bugün Müsavat Partiyasının rəsmi mövqeyi ondan ibarətdir ki, Nardaran hadisələri zamanı aparılmış həbslər qanunsuzdur. Elə Səxavət Soltanlı da həmin yazısında o insanların şərlənərək günahsız həbs olunmalarını qeyd edir. Məncə, Müsavatın bu məsələyə  mövqeyi aydındır. Keçək digər detallara. 

Siyasi məhbus mövzusuna həsr olunmuş bütün tədbir və görüşlərdə Müsavat Partiyası Nardaran hadisələri zamanı həbs olunanlara münasibətdə ayrımçılığa yol vermir. Bu məsələnin istər ölkə daxilində, istərsə də dünya miqyasında diqqətdə saxlanılması üçün imkanları çərçivəsində olan hər şeyi edir.

Müsavatın Divan üzvü Nemət Kərimli bu işdə vəkil qismində iştirak edir.

Partiyanın nəzarətində olan informasiya resursları məhkəmə prosesinin bütün detallarını işıqlandırır, ictimaiyyətə təqdim edir. Müsavat üzvləri də həmçinin sosial şəbəkələrdə bu məsələyə yetərincə diqqət ayırırlar. 

Bununla belə bəzi vacib fərqlilikləri də xatırlatmaq istəyirəm. 

Müsavat Partiyası hesab edir ki, Nardaran məhbusları dini inanclarına görə və ya onlardan kiməsə qarşı ifadə alınmaq üçün deyil, mövcud hakimiyyətin siyasətinə qarşı barışmaz mövqedə olduqlarına görə həbs olunublar. Xeyli sayda insan tələfatı ilə nəticələnmiş əməliyyatın yalnız “maşa” əldə etmək üçün keçirildiyi fikri qeyri-ciddidir. 

Müsavat Partiyası onlarla ailənin faciəsinə səbəb olmuş bu hadisədən siyasi divident götürməyə çalışmır. Biz inanclı kəsimin ən vacib insan hüquqlarından olan etiqad azadlığı uğrunda mübarizəsinə bütün dəstəyimizlə bərabər, bundan siyasi məqsədlər üçün istifadə etmək fikrindən uzağıq. 

Müsavat Partiyası Azərbaycanın gələcəyini yalnız dünyəvi dövlət və avrointeqrasiya çərçivəsində görür, cari siyasi maraqlar naminə bu baxışlarına korrektələr etmir və ya onları arxa plana keçirmir.  

Müsavat Partiyası baxışlarına görə qanunsuz həbs olunmuş bütün insanları bundan sonra da siyasi və ya qeyri-siyasi təmənna güdmədən müdafiə edəcək.

Siyasi və vicdan məhbuslarına azadlıq!

Bastainfo.com 

2 thoughts on “Nardaran hadisələrindən siyasi divident götürməyə çalışmırıq

  • 01.12.2016 at 01:55
    Permalink

    148568 573059The subsequent time I read a weblog, I hope that it doesnt disappoint me as a great deal as this one. I mean, I know it was my option to read, but I truly thought youd have something attention-grabbing to say. All I hear is really a bunch of whining about something that you possibly can repair ought to you werent too busy on the lookout for attention. 561442

    Reply
  • 03.12.2016 at 14:48
    Permalink

    I have been surfing online more than three hours today, yet I never found any interesting article like yours. It is pretty worth enough for me. Personally, if all website owners and bloggers made good content as you did, the web will be much more useful than ever before.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: