Qarabağ qazisindən deputata cavab

Deputat Hadı Rəcəblinin Report-a verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər cəmiyyətdə narazılıqla qarşılanıb. O müsahibəsində bildirib ki, Qarabağ əlillərinə dərmanın pulsuz olması, nəqliyyatdan istifadə haqqı ödənilməməsi popilizmdir. 

Qarabağ qazisi Cəmşid Rzaquliyev isə deputat Hadı Rəcəblinin dediklərinə cavab verib. O fikirlərini sosial şəbəkədə paylaşıb, – “Bizim yol” məlumat verir.

“Əvvəlcə müəllimləri aşağıladı. Cavabın yətərincə almadı deyə indi də Qarabağ müharibəsi iştirakçılarına sözün əsl mənasında nankorluq edib. Adam, sən nə dediyini bilirsənmi? Qarabağ müharibəsində iştirak edənlər millətin vicdan səsidi və onlar sizdən fərqli olaraq qarın yekəltməyiblər. Qanlarını bu torpaq uğrunda axıdıblar. Hansı ki, indi sizin kimilər onlardan zəli kimi bəhrələnirsiniz. Nə vaxt bizə dərman vermisiniz? Nə vaxt bir görüş keçirdib Qarabağ müharibəsi iştirakçıları ilə görüşdünüz? Əlbəttə ki, fikirləşməzsiniz. Çünki Vətəndaş yox, Qarındaş oldunuz.”

 Bastainfo.com

One thought on “Qarabağ qazisindən deputata cavab

  • 01.12.2016 at 22:32
    Permalink

    Very energetic blog, I liked that bit. Will there be a part 2?|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: