Heydər Əliyev prospektində “Qiyasa Azadlıq!” şuarı – BU DƏFƏ TBİLİSİDƏ

Ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Heydər Əliyev prospektinin divarlarına “Qiyasa Azadlıq!” şüarı yazılıb. Sosial şəbəkədə bu aksiya ilə ilə bağlı fotolar yayımlanıb. Aksiyanın Gürcüstandakı gənclər tərəfindən təşkil edildiyi bildirilir.

Bundan əvvəl Kiyev və İzmir şəhərlərində Heydər bağlarının divarlarına “Qiyasa Azadlıq!” şüarı yazılmışdı.

Qeyd edək ki, Nida gənclər təşkilatının üzvü olan Qiyas İbrahimov Heydər Əliyevin Bakıdakı abidəsinin postamentinə “Qul bayramına yox!” şüarı yazdıqdan bir gün sonra narkotik ittihamı ilə həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: