Göteborq şəhərində Müsavat AKM-in özəyi yaradıldı

Dünən İsveçin Göteborq şəhərində  Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) özəyi yaradılıb. Təsis iclasında müsavatçı Anar Davudov özək sədri seçilib. Bu haqda “Basta”ya özəyin üzvü Babək Manafov məlumat verib.

Qeyd edək ki, oktyabrın 22-də Almaniyanın Frankfurt şəhərində Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) təsis konfransı keçirilib. Konfransda partiyanın başqanı Arif Hacılı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu iştirak ediblər. 

Bastainfo.com



This post has been seen 42 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: