İŞİD-in əsas mərkəzi sayılan Rakkaya hücum başladı

Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Demokratik Güclərinin (SDG) həyata keçirəcəyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava dəstəyi verəcək.

Suriya Demokratik Güclərinin özəyini PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edir. Əməliyyata 30 min SDG silahlısının qatılacağı açıqlanıb. Qeyd edək ki, hazırda İraqda İŞİD-in əsas mərkəzi sayılan Mosulun azad edilməsi əməliyyatı aparılır.

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: