Prezident: “Putin mənim ilahimdir”

Obamanı dəfələrlə təhqir etməklə dünya mediasının gündəminə gəlmiş Filippin prezidenti Rodriqo Duterte bildirib ki, Putin özünü prezident adına layiq aparır.

Virtualaz.org xəbər verir ki, “Əl-Cəzirə” telekanalına müsahibə vermiş Duterte Rusiya prezidenti Vladimir Putini ozünün ilahısi adlandırıb.

Aparıcı Duterteyə müxtəlif şəxslərin və ölkələrin adları yazılmış lövhələri göstərir və prezident onlara münasibətini bildirir.

“Putini təsəvvür edərkən, mən özümü təsəvvür edirəm. Onun özünə görə heç bir illüziyası yoxdur. Bilir ki, əvvəldən siyasətçi, yaxud prezident olmağa hazır deyildi, O, özünü dövlət başçısı adına layiq şəkildə aparır”, – Rodriqo Duterte deyib.

Maraqlıdır ki, filippinli lider Hillari Klintonu şərh edərkən “o, yaxşı prezident olacaq”, Trampı şərh edərkən “yaxşı namizəddir” deyib.

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: