Seymur Həzi ‘İfadə Azadlığı Mükafatı’na namizədlər sırasında

“Index on Censorship” təşkilatı jurnalist kateqoriyası üzrə “2017-ci il “İfadə Azadlığı Mükafatı’na “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzini namizəd kimi irəli sürüb.

Mükafat son 12 ay ərzində namizədlərin gördükləri işlərə görə verilir. Müsabiqədə 400 nəfər namizəd var.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Jurnalist bu ittihamı rədd edir, həbsini jurnalistlik fəaliyyəti ilə bağlayır.

“Amnesty International” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Bastainfo.com 



This post has been seen 1 times.

One thought on “Seymur Həzi ‘İfadə Azadlığı Mükafatı’na namizədlər sırasında

  • 03.12.2016 at 01:58
    Permalink

    Superb site you have here but I was wanting to know if you knew of any discussion boards that cover the same topics talked about here? I’d really like to be a part of community where I can get opinions from other experienced individuals that share the same interest. If you have any recommendations, please let me know. Thank you!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: