Türkiyədə 9 jurnalistin həbsinə böyük ETİRAZ

Türkiyədə “Cumhuriyyət” qəzetinin 9 əməkdaşının həbsi yerli və beynəlxalq ictimaiyyətin etirazına səbəb olub. 

Qəzetin İstanbuldakı redaksiyası önündə minlərlə insan toplaşaraq aksiya keçirib. Etirazçılar  əllərində “Cümhurriyyət” qəzetinin nüsxələrini və hakimiyyətə xitabən yazılmış “Tarix qarşısında utanacaqsınız!” şuarını qaldırıblar.

Polis dinc mitinq iştirakçılarına hücum edib, onlarla insan xəsarət alıb. 

 

FOX TV-nin məlumatına görə, bu gün Türkiyənin ana müxalifət partiyası olan CHP-nin baş qərargahında ölkədə repressiya dalğasının genişlənməsi ilə əlaqədar növbədənkənar toplantı keçiriləcək. Toplantıya parlamentin bütün üzvləri dəvət olunub. 

Qeyd edək ki, Türkiyənin müstəqil “Cümhuriyyət” qəzetinin baş redaktoru və əməkdaşlarının PKK və FETÖ terror təşkilatları ilə əməkdaşlıqda ittiham edilən istintaqı yekunlaşıb. 

Baş redaktor Murad Sabunçu, əməkdaşlar Güray Tekin Öz, Əhməd Kadri Gürsel, Hacı Musa Kart, Mustafa Kamal Güngör, Turhan Günay, Hakan Karasinir, Önder Çelik və Bülent Utku barəsində İstanbul Respublika Prokurorluğunun tələbi ilə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Həbslərə rəğmən, bu gün qəzet “Əyilmərik!” manşeti ilə yenidən dərc edilib.

Bastainfo.com 



This post has been seen 16 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: