ABŞ-da prezident seçkiləri… – Kim qazanacaq? – Elman Fəttah

Elman Fəttah

 

(Winner takes all) – Qalib tamamını qazanır… 

ABŞ-da ştatların böyük əksəriyyətində ənənəvi olaraq Respublikaçıların və ya Demokratların üstün olduğu əvvəldən bilinir. Bu baxımdan ştatlarda kimin qalib gələcəyindən daha çox, hansı ştatın Seçici Heyətinə (Electoral College) neçə nümayəndə göndərəcəyi əhəmiyyətlidir. Ştatların əhali sayı zamanla dəyişdiyinə görə 10 ildən bir keçirilən siyahıyaalmanın nəticəsində Seçicilər Heyətindəki üzv sayı da dəyişikliyə məruz qalır…
2010-cu ildə keçirilən siyahıyaalma göstərir ki, 10 ştatın Seçicilər Heyəti üzvlərinin sayı azalıb, 8 ştatın isə artıb.
Qalib gəlmək üçün namizədlərdən biri 50+1 ştatdan seçilən 538 nümayəndədən 270-ni qazanmalıdır.
Namizədlərin seçki kampaniyası loqoları
ABŞ-da növbəti prezident seçkiləri 8 noyabr 2016 tarixində keçiriləcəkdir. Bu, ABŞ-ın 58-ci prezident seçkiləri olacaq. İndiki prezident Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün üçüncü dəfə namizəd olması mümkün deyil.
Prezident seçkilərinin ənənələrinə uyğun olaraq, keçirilmiş praymerizlə (ilkin seçkilər) Demokratila rPartiyasının namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi Donald Tramp, Liberallar Partiyasının namizədi Gari Conson və Yaşıllar Partiyasının namizədi Jill Stein olmaqla, seçkilərdə 4 namizəd müəyyən edilib. Yarış isə Klinton və Tramp arasında gedir.
İlkin seçkilər
Prezident seçkilərinə qatılan hər siyasi partiya namizədini öz içindən müəyyən edir. ABŞ Konstitusiyasında bu namizədləri müəyyən etməyi tənzimləyən heç bir hökm yoxdur. Ancaq illər ərzində partiyalar tərəfindən bu prosesi tənzimləyən bəzi ənənələr ortaya çıxıb. Partiyalar namizədlərini ilkin seçkilər yolu ilə müəyyən edir. Bu ilkin seçkilər ştatlara görə “Primary” və ya “Caucus” üsulu ilə keçirilir. “Primary” metod partiyanın tərəfdarı olan hər ABŞ vətəndaşına açıq olan seçkilərdir. “Caucus” metodundan isə ancaq partiyanın rəsmi üzvləri yararlana bilir.
Demokratlar Partiyasının namizədi olmaq üçün ən azı 1237 nümayəndə tələb olunurdu.
Legitim namizəd Hillari Klinton
Legitim namizəd Hillari Klinton
Respublikaçılar Partiyasının namizədi olmaq üçünən azı 1237 nümayəndə tələb olunurdu.
Legitim namizəd Donald Tramp
Legitim namizəd Donald Tramp.
Prezident seçkiləri sistemi
ABŞ seçkiləri haqda “sistem” kəliməsini söyləmək mümkünsüzdür. Sistemin əsasını məhz sistemsizlik təşkil edir. Çox qarışıqdır və yalnız Amerikaya məxsus sistemdir. Bu səbəbdən də Amerikadan başqa heç bir ölkədə bu sistemi (sistemsizliyi) tətbiq etmək mümkün deyildir. Qaydalar bəzən nəinki hasısa ştata görə, ilkin seçkilərdə, hətta məhəllələrə görə dəyişir.
Prezident seçkiləri Amerika Birləşmiş Ştatlarının prezidentini və vitse-prezidentini seçmək məqsədilə hər 4 ildən bir (1792-ci ildən başlayaraq) noyabr ayının ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günündə keçirilir. Bu düstura görə seçkilərin günü illərə görə – 2 noyabr və 8 noyabr arasında dəyişir. Son prezident seçkisi 6 noyabr 2012-ci il tarixində keçirilib. Prezident seçkisinin nəticələri seçkidən sonrakı yanvar ayında ABŞ Konqresi tərəfindən təsdiq edilir. Yeni seçilmiş prezident vəzifəsinin icrasına seçkidən sonra -yanvar ayının 20-də başlayır.
Prezident seçkilərində seçicilər, əslində, birbaşa prezidenti və vitse-prezidenti seçmirlər. Ştatlarını seçicilər heyətində (Electoral College) təmsil edəcək nümayəndələri seçirlər. Seçkilərdən sonra isə Seçicilər Heyəti Məclisi toplanaraq prezident və vitse-prezident seçkilərini həyata keçirir. Hər ştatın Seçicilər Heyətindəki nümayəndə sayı həmin ştatın Senat və Nümayəndələr Məclisi üzvlərinin cəminə bərabərdir. ABŞ-ın paytaxtı olan Vaşinqton da (Federal bölgə)Seçicilər Heyətinə ən az nümayəndə göndərən ştatla bərabər sayda üzv göndərmə hüququna malikdir. Puerto Riko, Quam, Amerika Samoası kimi ABŞ-a bağlı torpaqların sakinləri ABŞ-ın prezident seçkilərində səs hüququna malik deyillər.
Seçilmiş prezident keçirilən seçkilərin nəticəsində ölkə səviyyəsində namizədlərin aldığı səs nisbətinə görə deyil, qazanılan Seçicilər Heyəti nümayəndələrinin sayına görə müəyyən edilir. Seçicilər Heyəti prezident seçkilərindən dərhal sonra toplanan bir məclisdir. Bu məclisdə hər prezidentliyə namizədin qazandığı nümayəndələr iştirak edirlər və səsvermə ilə ABŞ-ın prezidentini müəyyən edirlər. Prezident seçkiləri məhz bu Seçicilər Heyəti üzvlərinin təyin olunması əsası üzərinə qurulmuş bir sistemdir.
Seçkiyə qatılan seçicilərin səsi, əslində, dəstəklədiyi namizədi seçmir, namizədi təmsil edəcək olan Seçicilər Heyəti üzvünü (Electoral Vote) seçir. Hər ştat öz payına düşən sayda Seçicilər Heyəti üzvü seçir. Yuxarıda qeyd etdiyimiz kimi, hər ştatın Seçicilər Heyətindəki üzv sayı o ştatın Senat və Nümayəndələr Məclisindəki nümayəndə sayının cəminə bərabərdir. Bu qaydaya tək istisna ABŞ-ın paytaxtı olan Vaşinqton şəhəridir. Vaşinqton xüsusi bir statusa malikdir. Senator və ya Nümayəndələr Məclisi üzvləri yoxdur. Ancaq şəhərdə yaşayan seçicilərin prezident seçkisində iştirak hüququnu təmin etmək üçün bu şəhərə Seçicilər Heyətinə ən az üzv göndərən ştatla bərabər sayda üzv göndərmə haqqı verilib.
“Winner takes all” (Qazanan tamamını qazanır.)
Ümumi seçkidə ştatda ən çox səs qazanan namizəd Seçici Heyətinin hamısının səsini qazanmış olur. Yəni bir səs fərqlə seçkini qazanan namizəd bütün nümayəndələri qazanır. Digər tərəfdən isə Seçicilər Heyətindən ibarət bu məclis tamamilə simvolik bir vəzifəni icra edir. Çünki seçilmiş nümayəndələr hansı namizəd üçün seçilmişlərsə, prezidenti seçərkən mütləq o namizədə səs vermək məcburiyyətindədir. Tam əksəriyyəti (538 nümayəndədən 270-ni) qazanan namizəd prezident seçilmiş qəbul edilir.
Bu sistemə görə bəzən ümumi səs vermədə digər namizədə görə daha az səs alan namizədin prezident seçilməsi mümkündür. Məsələn, 2000-ci il prezident seçkilərində Demokratlar Partiyasının namizədi Albert Qor ölkə miqyasında Respublikaçılar Partiyasının namizədi Corc Buşdan çox səs qazansa da ( 500.000 çox səs almasına baxmayaraq), Florida da 500 səslə Buşa uduzdu və bu ştatın 27 nümayəndəsini itirməli oldu. Nəticədə Corc Buş Seçicilər Heyətinin üzv sayına görə, yəni 271-266 fərqi ilə üstünlük qazanaraq, prezident seçildi.
Bu səbəbdən namizədlər kampaniyalarında seçici nümayəndə sayı yüksək olan əyalətlərə daha çox diqqət edirlər. Sistemə görə Nyu Gersi (14), Cənubi Carolina (15), Mikiqan (16), Georgia (16), Ohayo (20), İllinois (20), Pennsilvaniya (21), Nyu York (29), Florida (29) Texas (34 səs), Maryland (10), Virginya (13) və Californiya (55) kimi 13 ştatı qazanan namizəd, geri qalan digər bütün ştatları (37ştat + Vaşinqton) itirsə belə, Amerika prezidenti seçilə bilər.
Blue states (mavi ştatlar), red states (qırmızı ştatlar)
Amerika siyasi ənənəsində Demokratlar Partiyasının rəngi mavi, Respublikaçılar Partiyasının rəngi isə qırmızıdır. Bütün Amerika mediası seçki xəbərlərində demokratların qazandığı ştatları xəritədə mavi rənglə, Respublikaçıların qazandıqları ştatları isə qırmızı rənglə təqdim edir. Uzun müddətdir, Demokratlar Partiyasının qazandığı ştatlar, demokratların qalası mənasında – “blue states”, Respublikaçılar Partiyasının qazandığı ştatlar isə- “red states” ifadəsi ilə xatırlanır. Bu iki partiya arasında tərəf dəyişdirən ştatlara isə “swing states – sürüşkən ştatlar” deyilir.
Florida, Pennsilvaniya, Ohayo döyüşü əbədi davam edir. Bu ştatları digərlərindən əhəmiyyətli edən nədir?
Bu üç ştatda əslində,”sürüşkən ştatlar” kateqoriyasındadır. Yəni hər seçkidə iki partiyadan birinə tərəf olur. Ancaq bu üçünü digər sürüşkən ştatlardan əhəmiyyətli edən seçici heyətində nümayəndə sayının çox olmasıdır.
Bu üç ştat “key states (açar ştatlar)” olaraq xatırlanır. Məsələn, seçici heyətində Floridanın 29 səsi var. Yalnız Floridanı qazanmaq, Alyaska, Cənibu Dakota, Delaveyr, Şimali Dakota, Vermont, Vyominq, Montana və Nyu Hampşeyr ştatlarının tamamını qazanmaqdan daha çox nümayəndə səsi qazandırır.
Virginya, Cənubi Carolina və Koloradonun xüsusiyyəti nədir?
Bu 3 ştat, ümumiyyətlə, Respublikaçılar Partiyasının qazandığı qırmızı rəngdir. Ancaq 2008-ci ildə Barak Obama bu üç ştatı qazanaraq böyük sürprizə səbəb olmuşdu. Namizədlər Çikaqo, Nyu York, Los Angeles kimi böyük şəhərlərdə kampaniya aparmır. Bu da “electoral college” sistemindən qaynaqlanır. Bu böyük şəhərlərin bağlı olduğu ştatları kimin qazanacağı haradasa qəti olduğu üçün namizədlər ölkə əhalisinin böyük hissəsinin yaşadığı bu şəhərlərdə seçki kampaniyası aparmır.
Seçki 2016: Klinton, yoxsa Tramp?
Ştataların böyük əksəriyyətində ənənəvi olaraq Respublikaçıların, yoxsa Demokratların üstün olduğu əvvəlcədən bilinir. Bu baxımdan ştatlarda kimin qalib gələcəyindən daha çox, hansı ştatın seçici heyətinə neçə nümayəndə göndərəcəyi əhəmiyyətlidir. Ştatların əhali sayı zamanla dəyişdiyinə görə 10 ildən bir keçirilən siyahıyaalmaya görə ştataların Seçicilər Heyətindəki üzv sayı da dəyişikliyə məruz qalır.
2010-cu ildə keçirilən siyahıyaalma göstərir ki, 10 ştatın Seçicilər Heyəti üzvlərinin sayı azalıb, 8 ştatın Seçici Heyəti üzvü sayı isə artıb. Ümumi olaraq nümayəndə sayı artan ştatların çoxu son seçkilərdə Respublikaçılar Partiyasının namizədini seçən ştatlardır.
Seçki kampaniyası dövründə Demokratlar Partiyasının namizədi Hillari Klinton ilə Respublikaçı rəqibi Donald Tramp arasında gedən yarışın əks-sədası pik nöqtəsindədir. Namizədlərin canlı yayında, milyonlarla seçicinin qarşısında keçən tele-debatları bu yarışın əhəmiyyətli məhək daşlarındandır. Demokratlar və Respublikaçılar arasında keçirilən anket sorğusuna görə Klinton Tramp qarşında daha yaxşı performans göstərə bilib. Anketə qatılan demokratların 99%-i və Respublikaçıların 57%-i Klintonun qazandığını düşünür. Buna baxmayaraq, Respublikaçılar arasında Trampın performansını bəyənənlər 68%-dir.
Canlı müzakirənin əsas mövzuları miqrasiya, milli təhlükəsizlik, terrorizm, iqtisadiyyat, səhiyyə sistemi, ticarət, məşğulluq, cinayət nisbəti və irqçilik olub. Xarici siyasətdə “şahin” olaraq təqdim edilən Klinton, İraq işğalını və ABŞ-ın Liviyaya hava hücumlarını müdafiə edib. Klinton həmçinin düşünür ki, ABŞ İŞİD-lə mübarizədə daha geniş və böyük rolo ynamalıdır. Eyni zamanda o, Əfqanıstanda ABŞ hərbi varlığının mövcudluğunun tərəfdarıdır.
Tramp isə başından bəri İraq müharibəsinə qarşı olduğunu söyləyir. Ancaq Trampın əvvəlki şərhləri bunun əksini göstərir. Tramp Rusiya lideri Vladimir Putin ilə daha yaxın əlaqələr qurmağı düşündüyünü bəyan edir. Xarici siyasətdə Amerika maraqlarına üstünlük verilməsi lazım olduğunu müdafiə edən Tramp İŞİD-lə mübarizə üçün on minlərlə ABŞ əsgərinin döyüşməsi lazım olduğunu ifadə edərək bu məsələdə sistemsiz yanaşma sərgiləyir.
Namizədlərin zəif nöqtələri hansılardır?
Şərhçilər hesab edirlər ki, Klinton Trampı vergi bəyannaməsini açıqlamaması, həmçinin keçmişdə qadınlar, etnik və dini qruplar kimi mövzularda sərgilədiyi mövqeyinə görə tutarlı faktlarla küncə sıxışdırıb. Klintonun: “Niyə vergi bəyannaməsini açıqlamır? Bəlkə söylədiyi qədər zəngin deyil. Bəlkə iddia etdiyi qədər xeyriyyəçi də deyil. Bəlkə Amerika xalqına heç vergi ödəmədiyini söyləmək istəmir”, -zərbəsinə Tramp: “Ağıllıyam da ondan”, – şəklində cavab verir.
Öz növbəsində Tramp Klintonu Dövlət Katibi olduğu müddətdə Amerikanın hərbi sirlərini şəxsi e-mail yazışmasına daşımaqla cinayət işləməkdə, eyni zamanda prezidentlik üçün qeyri-ciddi adam olmaqda ittiham edir. Analitiklər Klintonun Tramp qarşısında özünə əmin, üstün və yumor hissi qüvvətli bir namizəd olaraq çıxdığı mövzusunda həmfikirdir. Ancaq bəzi şərhçilər Klintonun özündən razı göründüyünü və ABŞ xalqına ölkəyə gətirəcəyi dəyişiklikləri yaxşı anlada bilmədiyi qənaətindədirlər.
Sorğu anketləri nə deyir?
Hələ qərar verməyən seçicilər kimə səs verəcəklərini bilmədiklərini qeyd edirlər. ABŞ-dakı son sorğular Klintonun 46.7%, Trampın isə 44.3% nisbətdə səs qazanacağını göstərir. CNN televiziyasının anketinə görə demək olar ki, Klinton (44%) və Tramp (42%) başa-baş yarışırlar.
Donald Tramp –Tramp daxili siyasətində “emiqrantlar, meksikalılar və müsəlmanlara istiqamətli irqçi” üslubu ilə ortaya həddindən artıq “Qırmızı sağ” xətti qoyur . Xarici siyasətdə isə “Amerikanı ən böyük etməkdən” söz etsə də, amerikan elitasının tüklərini biz-biz edəcək tipdədir. Çünki Rusiya ilə yaxşı əlaqələr istəyir, NATO müqaviləsinin 5-ci maddəsi əleyhinə müttəfiqlərini “müftə müdafiə” etməyəcəyini bildirir. Bu səbəbdən hələ ki, təkcə “Rus agenti” elan edilmədiyi qalıb! O, eyni zamanda Dünya Ticarət Təşkilatından çıxmağı təklif edir. Seçilərsə, Amerikaya, hətta bütün dünayaya keçmiş olsun…
Hillari Klinton –Amerikanın ilk qadın prezidenti olma ehtimalı ilə xeyli cəlbedici görünür. Digər tərəfdən, Obamanın I prezidentlik dövründə Dövlət Katibi işləyib və elə də uğurlu siyasi gedişləri ilə yadda qalmayıb. Bəzi analitiklərə görə, Demokratların Obama dövrü ABŞ-ın xarici siyasətindəki “çəkingənliyi” Klintonun “şahinliyi” ilə əvəz olunacaq. Rusiyaya münasibətdə daha qətiyyətli siyasət yürüdüləcək. Demokratlara xas liberal siyasət sayəsində ABŞ ənənəvi olaraq iqtisadi baxımdan möhkəmlənir. Klinton zamanında bu daha da güclənəcək.
Ümumiyyətlə, əksər analitiklərin qənaəti belədir ki, Trampla müqayisədə xanım Klinton həm Amerika cəmiyyətinin gələcəyi, həm də dünya ictimaiyyəti üçün ideal namizəddir.
Əlbəttə, bu qənaətlərlə razılaşmamaq mümkün deyil. Tramp Amerika cəmiyyəti üçün ənənəvi olmayan namizəd tipidir. Həm Amerikanın xarici siyasəti, həm də dünya təhlükəsizlik sistemi baxımından təhlükə vəd edən siyasi fiqurdur. Təsadüfi deyil ki, namizədi olduğu Respublikaçılar Partiyasının tanınmış liderləri belə Trampı müdafiə etməkdən imtina edirlər. Trampın Respublikaçıların namizədi ola bilməsi faktı isə eyni zamanda Amerikan cəmiyyətinin Vaşinqton istebilişmentinə qarşı protestidir. Bu baxımdan Tramp faktı həm də Amerika siyasi elitası üçün antibiotik rolu oynayır.
Amerikanın xarici siyasətdə daha çevik olacağı analizləri isə o qədər də qəti deyil. Mənim düşüncəmə görə, yaxın gələcəyin Amerikasının xarici siyasəti dünyada baş verən problemlərin üstünə “balıqlama atlama”qdan çox uzaq müstəvidə gedəcək və Amerika daha çox “öz qınına” çəkilmə siyasəti yeridəcək. Ona görə də kimsə Amerikadan dünyanın hər tərəfinə yetişmək üçün xüsusi səy sərf etməsini bir müddət gözləməməlidir…
 

Meydan.Tv

 

 

Bastainfo.com 



This post has been seen 17 times.

3 thoughts on “ABŞ-da prezident seçkiləri… – Kim qazanacaq? – Elman Fəttah

  • 01.12.2016 at 00:10
    Permalink

    936770 295069Woh Everyone loves you , bookmarked ! My partner and i take issue in your last point. 816240

    Reply
  • 02.12.2016 at 23:31
    Permalink

    What’s up i am kavin, its my first occasion to commenting anyplace, when i read this article i thought i could also create comment due to this sensible article.|

    Reply
  • 08.12.2016 at 03:11
    Permalink

    Thanks for sharing your info. I truly appreciate your efforts and I will be waiting for your further write ups thank you once again.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: