Ağsu rayon Mərkəzi Xəstəxanasına 4 gündür işıq verilmir

Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi bərpa olunmayıb.

Bu barədə “Report”a RMX-nin baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, xəstəxanada vəziyyət eyni olaraq qalır: “Dörd gündür xəstəxanaya elektrik enerjisi generatorla verilir”.

O vurğulayıb ki, gələn ilin dövlət büdcəsində xəstəxana üçün işıqpulu nəzərdə tutulub: “Bizə sadəcə noyabr və dekabr ayında kömək etmək lazımdır ki, işıq yansın. İl dəyişən kimi biz köhnə borcları da, növbəti ilə olan işıqpulunu da ödəyəcəyik”.

Ş.Məlikova qeyd edib ki, “Azərişıq” ASC-yə noyabr ayına qədər işıq pulu ödənilib: “Quruma 31 920 manat pul ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400, noyabrda 520 manat pul ödəmişik”.

Həkim bildirib ki, artıq dördüncü gündür xəstəxananın işığı yanmır: “Xəstələri nəzarətdə saxlayırıq ki, ağırlaşma olmasın. Amma ağırlaşma və ölüm olsa cavabdeh kim olacaq bilmirəm. Bizə hələ ki, heç bir rəsmi qurum cavab verməyib”. 

 

Bastainfo.com 

One thought on “Ağsu rayon Mərkəzi Xəstəxanasına 4 gündür işıq verilmir

  • 03.12.2016 at 07:17
    Permalink

    Today, I went to the beach front with my children. I found a sea shell and gave it to my 4 year old daughter and said “You can hear the ocean if you put this to your ear.” She put the shell to her ear and screamed. There was a hermit crab inside and it pinched her ear. She never wants to go back! LoL I know this is entirely off topic but I had to tell someone!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: