Arif Hacılı: “Dualarımız xanım Klinton üçündür”

“Dünyanın əsas güc mərkəzi tərəfindən dəstəklənən Putin rejiminin həm Rusiyada, həm də Rusiyaya qonşu olan dövlətlərdə azad cəmiyyət, hüquqi dövlət quruculuğu uğrunda mübarizənin nə qədər ağır olacağını təsəvvür etmək çətin deyil.”

Sabah, 8 noyabr 2016 tarixi ABŞ-da növbəti prezident seçkiləri günündür. Bu, ABŞ-ın 58-ci prezident seçkiləri olacaq.  Sabahkı seçkini şərh edən Müsavat başqanı Arif Hacılı facebook səhifəsində bu sözləri yazıb:

“Sabah ABŞ da prezident seçkiləri keçiriləcək. 

Bu ölkədəki seçkilərdə kimin qalib gəlməsi adətən bizim üçün xüsusi əhəmiyyət kəsb etməyib. 

Prezidentin şəxsi iradəsi ilə deyil, oturuşmuş ənənələr, Konstitusiya və qanunlar, kolegial qəbul edilmiş doktrinalar əsasında idarə olunan bu ölkənin daxili və xarici siyasəyində seçkilərdən sonra sürpriz dəyişikliklər baş vermirdi. 

Donald Trampın gözlənilməzliyi, dini, milli ayrıseçkilik məzmunlu açıqlamaları, müsəlmanlara, qadınlara, miqrantlara, latın amerikalılara münasibəti bu prezident seçkilərini 1945-ci ildən sonra ABŞ da keçirilən bütün seçkilərdən fərqləndirdi. 

Trampın Putin rejiminə açıq dəstək verməsi isə onun seçiləcəyi təqdirdə bütün dünyada demokratiya və avtoritarizm arasındakı mübarizədə qüvvələr nisbətinin ikincilərin xeyrinə dəyişəcəyindən xəbər verir.

Dünyanın əsas güc mərkəzi tərəfindən dəstəklənən Putin rejiminin həm Rusiyada, həm də Rusiyaya qonşu olan dövlətlərdə azad cəmiyyət, hüquqi dövlət quruculuğu uğrunda mübarizənin nə qədər ağır olacağını təsəvvür etmək çətin deyil.

D. Trampın apardığı seçki kampaniyası bizim də ABŞ da keçirilən seçkilərə yanaşmamızı dəyişdirdi. 

Biz bu seçkilərdə Demokratlar Partiyasının namizədinin qalib gəlməsini istətirik. 

Dualarımız xanım Klintonun qələbəsi üçündür.”

 

Bastainfo.com 

2 thoughts on “Arif Hacılı: “Dualarımız xanım Klinton üçündür”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: