DİN vəkilin qadını döymədiyini təsdiqləyib

Bakı Apellyasiya Məhkəməsinin zalında vəkil Fariz Namazlının qadını döyməsi haqda məlumat təsdiqlənməyib. Bu barədə Turan-a DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib.

Qeyd edək ki, bundan öncə F.Namazlı Yasamal rayon 28-ci polis bölməsinə çağırılıb. Belə ki, qadın oktyabrın 20-də məhkəmədə vəkilin onu döyməsi barədə şikayət verib.

Bu fakt siyasi işlər üzrə müttəhimləri müdafiə edən vəkilə təzyiq cəhdi kimi qiymətləndirilib.

Hadisəni şərh edən O.Mansurzadə deyib ki, məlumat Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırılıb. Müəyyən edilib ki, oktyabrın 20-də saat 19:00-a yaxın polisə təcili yardım stansiyasından məlumat daxil olub ki, Xaşa-Xuna dağ massivinin sakini Xətai Şahverdiyeva kəllə-beyin xəsarəti alıb. Qadın bildirib ki, oktyabrın 20-də saat 15:30-a yaxın Bakı məhkəməsinin zalında  Fariz Namazlı tərəfindən döyülüb.

Lakin əslində oktyabrın 20-də məhkəmə zamanı F.Namazlı Şahverdiyevanın qohumları tərəfindən hücuma məruz qalıb. Bu, müşahidə kamerasındakı qeydlərlə də təsdiqlənib.

Məhkəmə-tibbi ekspertiza Şahverdiyevanın yüngül dərəcəli xəsarətlər aldığını müəyyən edib.  Toplanmış material hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Öz növbəsində F.Namazlı Turan-ın müxbirilə söhbətində qeyd edib ki, hüquqi qiymət cinayət işinin başlanmasını və ya imtinanı nəzərdə tutur. İndiki halda məhkəmə zalında törədlimiş xuliqanlıq əlamətləri var.

Xatırladaq ki, qanuna zidd hərəkətlər məhkəmə müttəhimin vəkili olan F.Namazlının vəsatətini təmin etdikdən sonra törədilib.

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: