Hüseyn Abdullayev oliqarxlara od püskürdü

Keçmiş deputat Bəylər Əyyubov, Rövnəq Abdullayev, Əli Həsənov, Kəmaləddin Heydərov, Vilayət Eyvazov və Ziya Məmmədovun ünvanına sərt sözlər dedi.

Bu gün sizlərə olduqca maraqlı, eyni zamanda çox təsirli bir əhvalatı danışmaq istəyirəm. Və hesab edirəm bu yazımda bəzi qaranlıq qalmış məqamlara da aydınlıq gətiriləcək. Deməli bu ilin sentyabr ayında men öz tanışlarımla Almaniyanın Frankfurt şəhərindəki “Parfenon” adlı restorana nahar etməyə getdik. Bir müddət sonra ofisant bizə sifariş etdiyimiz steykləri gətirdi. Lakin soyuq yunan məzələrini çox yediyimdən, steykdən bir tikə dadıb, onu kənara qoydum. Növbəti dəfə masamıza gələn Kostas (ofisantın adı) nəyə görə steyki yemədiyimi soruşdu. Mən ona məzələrdən doyduğumu və ətin artıq olduğunu bildirdim. Sən demə həmin anda bizdən sağ tərəfdə oturan müştərilərdən biri, Kostasla aramda olan söhbətə diqqət edibmiş. Və Kostas steyki geri apardıqda, həmin o müştəri kübarcsına mənə səslənib: “Olarmı o steyki mənim itimə verək?” deyə soruşdu. Həyətdə dolaşan itin onun olduğunu sonradan fərq etdim. Mən buyurun cavabını verdim və o cür olmasını təşkil etdik. Təxminən yarım saat sonra, biz hesabı verib, çıxışa getdiyimiz vaxt, həmin it arxamca cumaraq əllərimi yalayıb, gah sag, gah da sol yanıma söykənib, ətrafimda fırlanmaga başladı. Mən dönüb təəccüblə onun sahibinə baxdım. İtin sahibi dedi ki: “MƏN ONDAN SƏNƏ TƏŞƏKKÜR ETMƏSİNİ İSTƏDİM”. İnanın, o an həyatımın ən xoş həyəcanlarından birini keçirib, dilbilməz itin nə qədər həssas və necə təşəkkürlü olduğunu gördüm”.

Eks deputat Hüseyn Abdullayev yazdığı facebook statusuna bu sözlərlə başlayıb. Daha sonra o, bu əhvalatı ictimailəşdirməkdə məqsədini açıqlayıb. O, “Əliyev rejimi”ndə təmsil olunan bir çox yüksək rütbəli məmurların yaddaşını təzələmək” fikrində olduğunu bildirib. 

 “Bəli, heç şübhəsiz diktator İlham Əliyevin nədən məni düşmən görməsini (səbəb 2007-ci ildə parlamentdə hökümətin saxta hesabatını tənqid etməyim, ölkədə yürüdülən antixalq siyasətinə qarşı çıxmağım və əlbəttə ki, “Susma” marşını yazmağımdır) anlayır və buna tam normal baxıram. Amma, kim nə deyirsə desin, mən bəzi vəzifə düşkünlərini heç cür anlaya bilmirəm”, – H. Abdullayev davam edir. 

Onun yazdığı statusda ünvanlı ittihamlar da yer alır:

 “Ey, Bəylər Əyyubov! O sən deyildinmi Atama : “Abbas müəllim, Hüseyn Abdullayevin öz xalqına və dövlətçiliyimizə etdiyi xidmət misilsizdir” – deyən? O sən deyildinmi uzun illər çörəyimi yeyib və mənim imkanlarımla öz çətinliklərini həll edən?

Ey, Əli Həsənov! Bəs sən niyə gizləndin? Niyə Eynulla Fətullayev kimi saxtakar və murdar birisinin məni absurd və dəhşət saçan ağır cinayətlərdə ittiham etməsinə səssiz qaldın? Niyə ona demədin ki: “Ayıbdır elə etmə. Mən bir vaxtlar Hüseyn Abdullayevin “Çermet”dəki sıravi işçilərindən biri olmuşam və çox yaxşı da maaş almışam”. Ay Əli, prezident aparatındakı ilk kabinetinin mebel və avadanlıqlarının pulunu da mən vermişəm. Nə tez unutdun sənə etdiyim yaxşılıqları?

Heydərov Kamaləddin! Unutmamısan ki, parlamentdə sənin necə avantürist və nə cür korrupsioner oldugunu üzünə dediklərimi? Nədən o vaxt özündə cəsarət tapıb, cavabımı vermədin? İndi mühacirətdəyəm deyə, mənim mülkümü uçurmağa necə cəsarət tapdın?

Bu olaylarda təəssüf doğuran məqamlardan biri də o oldu ki, süfrəmin artığıyla böyümüş və zamanında mənə nökərçilik etmiş Rövnəq Abdullayev vəzifəyə gəlməkdən ötrü məni satan adamlardan biri oldu.

Sən, Vilayət Eyvazov! Bəs sənin yaddaşına nə oldu? Əlini çörəyə çatdırmaqla, rəhmətlik Camalın xatirinə sənə metal biznesində dəstək verməyimlə pislikmi etdim? Bunun əvəzində sən öz kurasiyanda olan “Bandotdel”in valideyinlərimin xaricə çıxmasına qoyduğu qanunsuz qadağaya nəinki göz yumdun, hətta sevindin belə. Nəticədə xəstə olan atam infarkt keçirdi və sonra da öz dünyasını dəyişdi.

Siz hələ Ziya Məmmədova baxın. Bu bədbəxti tanıyan da yox idi. Aylarla ofisimin qəbul otağında boynunu bükərdi. Onu “Dövlət Dəmiryolu İdarəsi”nin rəhbərliyinə mən qoydurmuşam. Haram olsun sənə, necə ki, bu gün olur”.

Son olaraq Hüseyn Abdullayev adıçəkilən şəxsləri “kişi kimi” düşmənçilik aparmağa çağırıb və statusunu belə yekunlaşdırıb:

Mən elə həmin Hüseynəm.
Bir az çılğın, bir az üzgün.
Sizdən fərqli, həm də düzgün.
Dəyismərəm istəsəzdə,
Heç susmaram, öldürsəzdə.
Qoy son sözü xalqım desin,
Nə mən deyim, nə də sürgün! 

Yazı Hüseyn Abdullayevin feysbuk səhifəsindən götürülüb.  

Azər İsmayıl, bastainfo.com 




This post has been seen 41 times.

One thought on “Hüseyn Abdullayev oliqarxlara od püskürdü

  • 03.12.2016 at 13:09
    Permalink

    This is my first time visit at here and i am truly impressed to read all at one place.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: